SİYASƏT


Bir qrup hərbi qulluqçuya polkovnik hərbi rütbəsi verilib

Bakı, 24 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ərəfəsində bir qrup zabitə növbəti polkovnik hərbi rütbəsi verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Müdafiə nazirinin müvafiq əmrləri şəxsi heyətə çatdırıldıqdan sonra general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrdə görülən irimiqyaslı quruculuq işlərindən və həyata keçirilən ardıcıl tədbirlərdən danışıb.

Nazir vurğulayıb ki, dövlətin orduya göstərdiyi bu yüksək diqqətə cavab olaraq şəxsi heyət üzərinə düşən vəzifə borcunu vicdanla yerinə yetirməli, xalqın və dövlətin etimadını doğrultmaq üçün bütün vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.