MƏDƏNİYYƏT
Bir qrup kino xadimi mükafatlandırılıb
Bakı, 28 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2 avqust - Milli Kino Günü münasibətilə bir qrup kino xadiminə bu sahədə üzün müddət səmərəli fəaliyyətinə görə pul mükafatları təqdim edib.
Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mükafatlar yubilyarlar və veteranlar kateqoriyasını əhatə edir və müvafiq olaraq 450 və 200 manat təşkil edir. Xalq Artisti Yalçın Əfəndiyevə 80, Xalq Rəssamı Rafiq Nəsirov, Əməkdar İncəsənət xadimləri Rafael Qəmbərov, Amin Novruzov və Ənvər Əbluca 70 illik yubileyləri münasibətilə mükafatlar verilib. Əməkdar Mədəniyyət işçiləri Nəriman Şıxəliyev, Şahin Qalabəyov, Lidiya Şarkovkina, Miroslava İsgəndərova, Pərviz Quliyev, Rəfiqə Budaqlı, Akif Rüstəmov, Vladimir Dudniçenko, Natalya Şneyer və Oqtay Babazadəyə veteranlar kateqoriyasından mükafatlar təqdim olunub.
Bundan başqa, Respublika Kinematoqrafçılar İttifaqı hər il elan etdiyi, böyük maraqla gözlənilən Milli Kino Mükafatını (2000 manat) da bu günlərdə elan edəcək.