Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bir qrup sahibkara investisiya təşviqi sənədi, sənaye parklarının rezidentlərinə isə şəhadətnamələr verilib

Bir qrup sahibkara investisiya təşviqi sənədi, sənaye parklarının rezidentlərinə isə şəhadətnamələr verilib

Bakı, 29 iyul, Elvira Məmmədova, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin sənayeləşmə siyasətinə uyğun olaraq, qeyri-neft sənayesində idxalı əvəz edən, rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən müəssisələrin təşkilinə, sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri daha da gücləndirilib. Bu sahədə sənaye parkları və məhəllələrinin yaradılması xüsusi əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, iyulun 29-da İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən növbəti tədbir çərçivəsində Sumqayıt Kimya Sənaye Parkının 9-cu, Balaxanı Sənaye Parkının 5-ci rezidentinə şəhadətnamə, 12 sahibkara isə investisiya təşviqi sənədləri təqdim olunub.

Dövlət qurumlarının və sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən müəssisələrin nümayəndələrinin iştirak etdikləri tədbirdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov dövlət başçının sənayeləşmə siyasəti çərçivəsində görülən işləri diqqətə çatdırıb, ölkəmizdə sahibkarlığın inkişafi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən sistemli tədbirlər, aparılan islahatlar barədə məlumat verib. Qeyd edilib ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, lisenziya və icazələrin sayının və rüsumların əhəmiyyətli şəkildə azaldılması, sənədlərin alınma prosedurlarının sadələşdirilməsi, vergi və gömrük güzəştləri, qeyri-neft ixracının təşviqi tədbirləri və s. sahibkarlığın inkişafı üçün yeni imkanlar açıb. Bu cür dəstək mexanizmlərindən olan Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı və Qaradağ Sənaye Parkı artıq fəaliyyət göstərir və burada rezidentlərin səmərəli fəaliyyəti üçün güzəştli rejim yaradılıb. Mingəçevir Sənaye Parkının təşkili istiqamətində tədbirlər davam etdirilir.

Bildirilib ki, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluğun və məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye məhəllələrinin yaradılması da önəmlidir.

Artıq Neftçala Sənaye Məhəlləsində dövlət tərəfindən sahibkarlar üçün bütün zəruri infrastruktur yaradılıb. Hazırda istehsal sahələrində avadanlıqların yerləşdirilməsi və digər hazırlıq işləri aparılır. Sahibkarlar tərəfindən Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün Azərbaycan İnvestisiya Şirkətinə 8 layihə təqdim olunub. Bunlardan 4 layihə üzrə sahibkarlıq subyektləri rezident kimi qeydə alınıb.

Dövlət başçısının Masallı Sənaye Məhəlləsinin yaradılmasına dair Sərəncamına uyğun olaraq, bu istiqamətdə də müvafiq işlər görülür. Sahibkarlar tərəfindən Masallı Sənaye Məhəlləsinə böyük maraq göstərilir. Artıq sahibkarlar icra olunması üçün ümumi dəyəri 31 milyon manatdan çox olan 33 layihəyə dair təkliflər təqdim ediblər. Hazırda yerli potensial nəzərə alınmaqla, digər regionlarda da sənaye parkları və məhəllələrinin yaradılması istıqamətində tədbirlər görülür.

Tədbirdə vurğulanıb ki, investisiyaların təşviqi Azərbaycanda həyata keçirilən iqtisadi islahatların mühüm istiqamətlərindəndir. İndiyədək 18 sahibkara investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşdırılması nəticəsində yerli istehsala 194 milyon manatdan çox investisiya yatırılacaq və 1700-ə yaxın yeni iş yeri açılacaq. Artıq investisiya təşviqi sənədi almış sahibkarlıq subyektlərinin sayı 30-a çatıb. İnvestisiya təşviqi sənədi verilən layihələr 7 iqtisadi rayonu əhatə edir. Ümumiyyətlə, investisiya təşviqi sənədi verilmiş layihələr çərçivəsində 300 milyon manata yaxın investisiya qoyuluşu və 2700-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbirdə investisiya təşviqi və parklar üzrə şəhadətnamə alan sahibkarlar layihələr üzrə təqdimatlarla çıxış ediblər.

Sonra sahibkarlara investisiya təşviqi sənədi, Sumqayıt Kimya Sənaye Parkının yeni rezidenti “Alco Lubricant Company” MMC-yə və Balaxanı Sənaye Parkının yeni rezidenti “MET-AK” MMC-yə qeydiyyat şəhadətnamələri təqdim edilib.

Sumqayıt Kimya Sənaye Parkının yeni rezidenti - “Alco Lubricant Company” MMC Almaniya texnologiyası əsasında sürtgü yağlarının istehsalını, topdan və pərakəndə satışını təşkil edəcək. Layihənin investisiya dəyəri 10 milyon ABŞ dollarıdır. Layihə çərçivəsində illik istehsal gücü 30 min ton olan zavod inşa olunacaq. Bu məqsədlə yaxın zamanlarda Sumqayıt Kimya Sənaye Parkının 2.5 hektar ərazisində zavodun tikintisinə başlanacaq. Müəssisənin 2017-ci ilin ikinci yarısında fəaliyyətə başlaması gözlənilir. Müasir avadanlıq və texnologiyalarla təchiz ediləcək zavodda 100-ə yaxın yerli mütəxəssis işlə təmin olunacaq. Zavodun məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaq. Ümumilikdə, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən sənaye parkına 1,1 milyard ABŞ dolları investisiyanın yatırılması və 2200-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.

Balaxanı Sənaye Parkının 5-ci rezidenti olan “MET-AK” MMC üçün sənaye parkında 2000 kvadratmetr sahə ayrılıb. Burada plastik məmulatların emalı sahəsi yaradılacaq. Layihənin reallaşdırılmasına 16,5 milyon manat investisiya yatırılacaq. Emal sahəsində 130-dan çox yeni iş yeri açılacaq. Ümumilikdə, Balaxanı Sənaye Parkının rezidentləri tərəfindən 23 milyon manata yaxın investisiyanın yatırılması və 200-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.

Hazırda sənaye parklarına və məhəllələrinə yeni rezidentlərin cəlb edilməsi istiqamətində bir sıra şirkətlərlə danışıqlar aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bayram günlərində Türkiyə nəqliyyatında rekordlar, qəzalar və nəticələr

ABŞ Britaniya məhkəməsinə Culian Assanjla bağlı zəmanətləri təqdim edib

Çempionlar Liqası: “Qol yağışı”nda PSJ və “Borussiya Dortmund” sevinib

Rişi Sunak və Benyamin Netanyahu arasında telefon danışığı olub

Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollarlıq hərbi yardım köçürəcək

QHT sədri: COP29 zamanı Bakının dünyaya nümunə olacaq təcrübə təqdim edəcəyinə inanırıq

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Tbilisidə etiraz aksiyası bərpa olunub

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO