İQTİSADİYYAT


Bir sıra əqli mülkiyyət sahələrində yeni mexanizmlər işlənib hazırlanır

Bakı, 30 may, AZƏRTAC

Azərbaycanda əqli mülkiyyət sahəsinə aid olan istiqamətlərdən biri də xalçaçılıqdır. Buraya, eyni zamanda, xalq təbabəti, bitkiçilik, heyvandarlıq, şərabçılıq və digər sahələr də daxildir.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində “Əqli mülkiyyət və ənənəvi biliklər” mövzusunda keçirilən tədbirdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədr müavini Niyazi Rəhimov bildirib.

O qeyd edib ki, həmin sahələrdə komitə tərəfindən yeni mexanizmlər işlənib hazırlanır və onlara əsaslanan patentlər qeydiyyata alınır. “Belə ki, insan yeni bir ixtira edərkən ənənəvi biliklər və genetik resurslardan irəli gələn məlumatlara əsaslanaraq, innovativ fəaliyyəti həyata keçirir”, - deyə sədr müavini vurğulayıb.

N.Rəhimov, həmçinin əlavə edib ki, beynəlxalq hüquqi mexanizmlərin işlənib hazırlanması məqsədilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı nəzdində ənənəvi biliklər, genetik resurslar və folklor üzrə hökumətlərarası komitə fəaliyyət göstərir. Komitə tərəfindən yaxın vaxtlarda görüləcək tədbirlər nəticəsində ənənəvi biliklərin tətbiqinin geniş təşviqi, eləcə də, erməni saxtakarlığı kimi təhlükələrdən qorunmaq istiqamətində iş aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.