DÜNYA
Bir sıra iri firmalar Rusiyaya mal satışını dayandırıblar
Bakı, 19 dekabr, AZƏRTAC
Paltar, ayaqqabı və aksessuarların satışı ilə məşğul olan iri firmalar rublun devalvasiyası ilə əlaqədar Rusiyaya mal satışını dayandırıblar.
AZƏRTAC “Vedomosti” qəzetinə istinadla xəbər verir ki, onların arasında Zara, Oysho, Bershka və başqa brendlərin Rusiyada satışı ilə məşğul olan İspaniyanın Inditex kompaniyası da var. Riteyler əməkdaşının dediyinə görə, bu ölkəyə sonuncu mal dekabrın 17-də çatdırılıb.
Rusiyada Calvin Klein, Armani Jeans, Michael Kors, TopShop və başqa şəbəkələri idarə edən BNS Group kompaniyası bəzi brendlərin göndərilməsini dayandırıb, Fast fashion və TopShop brendlərinin satış həcmini isə azaldıb.
Kira Plastinina və Lublu dükanlarının sahibi Kira Plastinina Style kompaniyasının baş direktoru Yan Heere də Rusiyaya mal idxalının dayandırıldığını və təchizatçı ilə yeni şərtlərin müzakirə edildiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]