İQTİSADİYYAT


Bir sıra kredit təşkilatlarının lisenziyaları ləğv edilib

Bakı, 14 iyun, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli qərarına əsasən bir sıra kredit təşkilatlarının fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bir il müddətində bank fəaliyyətinin həyata keçirilməməsi, iki hesabat tarixinə hesabatların təqdim olunmaması, təqvim ili ərzində təqdim etdiyi hesabatlarda azı iki dəfə təhrif olunmuş məlumatların daxil edilməsinin müəyyənləşdirilməsi və illik kənar auditin keçirilməməsi səbəbindən "Ağammədli", "Ağdaş", "Aqrovest", "Balıqçı", "Bənövşə", "Buta", "Fəqan", "Fidan", "Girdiman", "İnkişaf", "Meridian", "Mikrokredit", "Muxax", "Nihat", "Qarabağ-2010", "Şəmkir", "Şəmkir Aqro", "Zərqova", "Ziya"kredit ittifaqlarına və öz müraciətləri əsasında "A.F.S" və "KİV nümayəndələri" kredit ittifaqlarına verilmiş lisenziyalar ləğv edilib.

Həmçinin fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılması barədə maliyyə bazarlarına nəzarət orqanının göstərişlərinə əməl olunmamasına görə "Norveç Mikrokredit" bank olmayan kredit təşkilatına verilmiş kreditlərin verilməsi üçün lisenziya ləğv edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.