İQTİSADİYYAT
Bir sıra maliyyə təşkilatlarının səhmlərinin buraxılışı dövlət qeydiyyatına alınıb
Bakı, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 6-da Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən "Turanbank" ASC-nin hər birinin nominal dəyəri 1,082 manat olan 4,622 ədəd adi, sənədsiz səhmlərinin əlavə buraxılışı AZ1002005549 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, palata tərəfindən həmçinin oktyabrın 3-də "Unibank" ASC-nin hər birinin nominal dəyəri 2.72 manat olan 20,220,589 ədəd adi, sənədsiz səhmlərinin əlavə buraxılışı AZ1003002024 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Bundan əlavə, sentyabrın 29-da "AzFinance İnvestisiya Şirkəti" QSC-nin hər birinin nominal dəyəri 1,000 manat olan 550 ədəd adi, sənədsiz səhmlərinin əlavə buraxılışı AZ1001019715 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Hər üç cəmiyyətin səhmlərinin qapalı yerləşdirmə üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur.