İQTİSADİYYAT


Bir sıra müəssisələrin qiymətli kağızlarının buraxılışı dövlət qeydiyyatına alınıb

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 6-da Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "AZRUSTANRANS" QSC-nin hər birinin nominal dəyəri 1 manat olan 150000 ədəd adi sənədsiz səhmlərinin ilkin buraxılışı AZ1001019939 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səhmlərin qapalı yerləşdirmə üsulu ilə yerləşdirilməsi nəzərdə tutulub. Palata tərəfindən, həmçinin oktyabrın 6-da "MKT İSTEHSALAT KOMMERSİYA" MMC-nin hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 20000 ədəd faizli təmin edilməmiş istiqrazların buraxılışı AZ2001019929 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, istiqrazların tədavül müddəti 24 ay, illik gəlirlik dərəcəsi 6 faiz kimi müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.