CƏMİYYƏT
Bir sıra rayonların təbii qaz təchizatında məhdudiyyətlər olacaq
Bakı, 9 fevral, AZƏRTAC
Fevralın 10-da Bakı şəhəri Nizami, Sabunçu, Xəzər, Suraxanı, Abşeron rayonlarının, həmçinin Qazax rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Bakı regional qaz istismarı departamentinin tabeçiliyində olan inzibati rayonların ərazilərində istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması, qaz xətlərində aşkar olunmuş sızmaların ləğvi, Yeni Günəşli qəsəbəsi A/B massivində yerləşən 262 saylı körpələr evi-uşaq bağçasına çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və Qazax rayonunda diametri 159 mm-lik qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar fevralın 10-da saat 09.30-dan işlər yekunlaşanadək Nizami rayonunun 8-ci kilometr, Sabunçu rayonunun Maştağa, Xəzər rayonunun Buzovna, Suraxanı rayonunun Bülbülə qəsəbələrində və Yeni Günəşli massivində, Abşeron rayonu Mehdiabad qəsəbəsində, həmçinin saat 10.00-dan 18.00-dək isə Qazax şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.