CƏMİYYƏT
Birinci Avropa Oyunları ilə əlaqədar ayrılan xüsusi zolaqlarla hərəkət edən 626 sürücü üçün elektron protokollar tərtib olunub
Bakı, 29 may, AZƏRTAC
Birinci Avropa Oyunları ilə əlaqədar müvafiq nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulan “Bakı-2015” zolağı ilə hərəkət edən 626 sürücü üçün elektron protokollar tərtib edilib.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, paytaxtın bəzi küçə və prospektlərində birinci Avropa Oyunları ilə əlaqədar müvafiq nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqlarda digər avtomobillərin hərəkəti qadağan olunub. Saat 17.10-dək icazəsi olmadan qadağan olunmuş zolağa daxil olan 626 nəqliyyat vasitəsinin sürücüsünə Mərkəzi Məlumat Xidməti vasitəsilə elektron protokol tərtib olunub. Müşahidələr davam etdirilir.
Yol polisi sürücülərə bu zolaqlarda hərəkət etməməyi tövsiyə edir.