İDMAN
Birinci Avropa Oyunlarında cüdo idman növü üzrə komanda yarışlarının finalçıları müəyyənləşib [YENİLƏNİB] VİDEO
Birinci Avropa Oyunlarında cüdo üzrə komanda yarışlarının finalçıları müəyyənləşib.
Kişilərin mübarizəsində Fransa və Gürcüstan milli komandaları qarşılaşacaq. Yarışı üçüncü pillədə başa vurmaq üçün Ukrayna kollektivi Macarıstan, Almaniya cüdoçuları isə Rusiya təmsilçiləri üz-üzə gələcəklər.
Qadınların yarışında isə fransalı və almaniyalı cüdoçular tatami üzərinə çıxacaqlar. Bürünc medal uğrunda isə İtaliya millisi Rusiya, Macarıstan yığması isə Sloveniya kollektivi ilə qarşılaşacaq.
11:02
Bakı, 28 iyun, Səxavət Quliyev, AZƏRTAC
Birinci Avropa Oyunlarında cüdo idman növü üzrə komanda yarışları keçirilir.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən cüdo yarışlarının dördüncü günündə kişilər arasında 10, qadınların mübarizəsində isə 7 komanda birincilik uğrunda mübarizə aparır.
Azərbaycan yığmaları komanda yarışlarında iştirak etmir.