ELM VƏ TEXNOLOGİYA


“Birinci Türkoloji Qurultay və ədəbiyyat məsələləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

A+ A

Bakı, 5 avqust, AZƏRTAC

Bu ilin payızında Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Birinci Türkoloji Qurultay və ədəbiyyat məsələləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, konfransda “Birinci Türkoloji Qurultayda ədəbiyyat məsələləri”, “Birinci Türkoloji Qurultayda dilçilik məsələləri”, “Əlibəy Hüseynzadənin Birinci Türkoloji Qurultayda çıxışı”, “Cəfər Cabbarlı və Birinci Türkoloji Qurultay”, “Birinci Türkoloji Qurultayda folklor məsələləri” və digər mövzularda məruzələr dinləniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.