ELM VƏ TƏHSİL


Birinci elmi-ifaçılıq konfransı tələbələrin yaradıcı-estetik zövqünün formalaşmasında mühüm rol oynayacaq

Bakı, 11 may, AZƏRTAC 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) musiqi sənəti fakültəsinin bakalavr və magistr pilləsində təhsil alan tələbələrin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 ildönümünə həsr olunan birinci elmi-ifaçılıq konfransı keçirilib.

ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, musiqi sənəti fakültəsinin dekanı, dosent Ellada Hüseynova konfransın universitetdə ilk dəfə təşkil edildiyini söyləyib. Qeyd edilib ki, konfransın keçirilməsinin əsas məqsədi repertuara daxil olan əsərləri nəzəri baxımdan təhlil etmək bacarığını aşılamaq, bəstəkar yaradıcılığı, mənsub olduğu tarixi dövr haqqında məlumat əldə etməkdir.

Universitetin prorektorları, professorlar Validə Məmmədova, Məryəm Əlizadə konfransın tələbələrin yaradıcı-estetik zövqünün formalaşmasında mühüm rol oynayacağını qeyd edib, iştirakçılara uğurlar arzulayıblar.

Tələbələr müxtəlif mövzularda elmi-nəzəri məqalələrlə çıxış edib, yerli və xarici bəstəkarların əsərlərinin obrazlı təhlilini aparıblar.

Konfransda ən maraqlı məqalələri ilə seçilən tələbələr Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində qala-konsertdə çıxış edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.