İQTİSADİYYAT


Birinci rübdə 120 qeyri-yaşayış sahəsi icarəyə verilmişdir

Bakı, 19 aprel (AzərTAc). Azərbaycanın müxtəlif regionlarında yerləşən, iqtisadiyyatın ayrı-ayrı sahələrinə aid səhmdar cəmiyyətlərinin səhmlərinin satışı üzrə keçirilmiş 13 pul hərraclarında 10-a yaxın səhmdar cəmiyyətinin müvafiq sayda səhmləri özəlləşdirilmişdir.
Əmlak Məsələləri Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, birinci rübdə 120 qeyri-yaşayış sahəsi icarəyə verilmişdir. Torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında 110-a yaxın icarə müqaviləsi bağlanılmışdır.
Rüb ərzində ümumilikdə kiçik özəlləşdirmə formasında 160 dövlət müəssisə və obyekti, eləcə də 100-ə yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilmişdir.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.