REGİONLAR
Birinci rübdə Qazaxda 660 yeni iş yeri açılıb
Qazax, 28 aprel, Famil Quliyev, AZƏRTAC
Prezident İlham Əliyevin ölkəmizdə yeni iş yerlərinin yaradılması və əhalinin məşğulluğunun artırılması istiqamətində irəli sürdüyü vəzifələr Qazax rayonunda öz əməli həllini tapır. Rayonda yeni müəssisələrin yaradılması və yeni iş yerlərinin açılması sahəsində davamlı işlər görülür.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində Qazax rayonunda davamlı surətdə yeni iş yerləri açılır. Cari ilin birinci rübündə rayonda 5 yeni müəssisə yaradılıb, 630-u daimi olmaqla, 660 yeni iş yeri açılıb. 2017-ci ilin 3 ayı ərzində Qazax Rayon Məşğulluq Mərkəzinə 16 müəssisədən 271 boş iş yeri təqdim edilib, müraciət edən 1241 nəfər vətəndaşdan 924-ü işaxtaran kimi qeydiyyata alınıb, 266 nəfər münasib işlə təmin olunub.