ELM VƏ TƏHSİL
Birinci sinfə qəbul prosesi davam edir
Bakı, 30 sentyabr, AZƏRTAC
Birinci sinfə qəbul olunmaqda gecikən uşaqlar üçün qeydiyyat oktyabrın 15-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılır.
Tədris ili başlandıqdan sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinə birinci sinfə qəbulla bağlı valideynlər (və ya qanuni nümayəndələr) tərəfindən 410 müraciət daxil olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 29-na olan məlumata əsasən, birinci sinfə qəbul üçün mektebeqebul.edu.az saytı vasitəsilə qeydiyyatdan keçən uşaqların 36 min 354 nəfəri Azərbaycan bölməsi, 7 min 952 nəfəri rus bölməsində təhsil alır. Birinci sinifdə təhsil alan şagirdlərdən 41 min 487 nəfəri 6 yaşı tamam olan, 2 min 818 nəfəri isə 6 yaşı tamam olmayanlardır.
Lisey və gimnaziyaların birinci siniflərinə isə 2 min 497 nəfər şagird qəbul olub. Onlardan 2 min 156 nəfəri 6 yaşı tamam olan, 341 nəfəri 6 yaşı tamam olmayanlardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]