ELM VƏ TƏHSİL


Birinci sinfə qəbul üzrə altı yaşı tamam olmayan 6 min 810 uşaq qeydiyyatdan keçib VİDEO

Bakı, 7 iyun, AZƏRTAC

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu üzrə 6 min 810 uşağın elektron müraciəti mektebeqebul.edu.az saytında qeydə alınıb. Onlardan 2 min 197 nəfəri müsabiqəyə cəlb olunacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində altı yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olan dövlət məktəbəhazırlıq qrupunda təhsil almayan uşaqların birinci sinfə qəbulu üzrə müsabiqəyə elektron qeydiyyat başlanıb.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nın təsdiqi barədə əmrinin tələblərinə müvafiq olaraq istedadlı uşaqların müsabiqədə iştirakı üçün qeydiyyat mektebeqebul.edu.az saytında aparılır. İyunun 7-də başlanmış proses iyunun 20-dək davam edəcək.

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsabiqə iyunun 20-dən etibarən Bakı şəhəri 42 nömrəli tam orta məktəbdə keçiriləcək.

Valideynlər mektebeqebul.edu.az saytında qeydiyyatdan keçməklə, uşaq haqqında məlumatları saytda verilən formada dolduraraq müsabiqəyə buraxılış vərəqini çap edə bilərlər. Buraxılış vərəqində uşağın müsabiqəyə dəvət olunduğu tarix və vaxt göstəriləcəkdir.

Dövlət ümumi təhsil məktəblərindəki məktəbə hazırlıq qruplarına cəlb olunmuş uşaqlar üçün isə valideynlər mektebeqebul.edu.az saytından müvafiq sertifikatı çap etməli, eyni zamanda məktəb seçməlidirlər. Məktəbəhazırlıq qruplarını uğurla başa vuraraq sertifikat almış xüsusi istedada malik uşaqlar I sinfə müsahibədən kənar qəbul olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.