İQTİSADİYYAT


Birinci yarımildə Azərbaycanda 1,15 milyon tonadək dizel yanacağı istehsal olunub

A+ A

Bakı, 14 iyul, AZƏRTAC

Bu ilin altı ayında Azərbaycanda 1 milyon 147,4 min ton dizel yanacağı, 572,4 min ton avtomobil benzini, 96,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 322,2 min ton ağ neft, 389 min ton yanacaq mazutu, 5,1 min ton sürtgü yağları, 60,6 min ton neft bitumu və 90,7 min ton neft koksu istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvar-iyun aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 329,8 milyon manat olmaqla 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz azalıb. Neft məhsullarından sürtgü yağlarının istehsalı 50,0 faiz, dizel yanacağının 22,2 faiz, neft koksunun istehsalı 25,5 faiz azalıb, yanacaq mazutunun, ağ neftin və avtomobil benzininin istehsalı isə artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.