Birləşmiş Ərəb Əmirlikləri məhkəməsi iki dələduza 500 ildən artıq həbs cəzası verib
Abu-Dabi, 11 aprel, AZƏRTAC
Dubayda 200 milyon dollarlıq maliyyə piramidası yaradan iki şəxsə 500 ildən artıq həbs cəzası verilib.
AZƏRTAC Birləşmiş Ərəb Əmirliklərinin “The National” nəşrinə istinadən xəbər verir ki, 500-dən artıq insan Sidney Lemos və Rayan Fernandesin cinayətkar əməllərindən zərər çəkib və bununla əlaqədar Dubay məhkəməsi hər dələduzluq hadisəsinə görə bir il həbs cəzası tətbiq etməyi qərara alıb.
Qeyd olunur ki, dələduzların fəaliyyəti 2016-cı ildə dayandırılıb, Lenos və Fernandes elə həmin il həbs olunub, həmçinin 25-ə yaxın bank hesabına həbs qoyulub. Maliyyə aktivlərinin axtarışı BƏƏ-də, Hindistanda, Şimali və Cənubi Amerikada aparılıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu-Dabi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [22:59]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:52]
Keti Zakariaya Ağ Evin mətbuat katibi vəzifəsi təklif olunub
- 09.10.2026 [22:28]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]