DÜNYA
Birləşmiş Ərəb Əmirliklərində D vitaminli su hazırlanıb
Abi-Dabi, 20 yanvar, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Agthia Group” şirkətlər qrupu dünyada ilk dəfə olaraq tərkibində D vitamini olan içməli su istehsalına başlayıb.
AZƏRTAC Əmirliklərin KİV-lərinə istinadla xəbər verir ki, dünyada yeganə olan D vitaminli bu suyun tərkibində qatqı, dadverici və boyaq maddələri yoxdur. Tədqiqatlara görə, BƏƏ əhalisinin 78 faizi D vitamini azlığından əziyyət çəkir ki, bu da bəzi xroniki və infeksion xəstəliklərin inkişaf riskini artırır.
“Al Ain Vitamin D” adlanan suyun bir şüşəsinin həcmi 500 ml, dəyəri isə 2 dirhəmdir. Vitaminlərlə zəngin olan bu suya artıq BƏƏ-nin supermarketlərində rast gəlmək mümkündür.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu-Dabi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]