DÜNYA


Birləşmiş Ərəb Əmirliklərində əlvan daşlarla bəzədilmiş super-yaxta suya buraxılıb

Bakı, 28 iyul, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərində əlvan daşlarla bəzədilmiş super-yaxta suya buraxılıb.

AZƏRTAC "vistanews.ru"ya istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində növbəti dəfə planetin ən varlı adamlarının bəzilərinin bu ölkədə yaşadığı sübut olunub. Uzunluğu 47 metr olan yaxtanın hazırlanmasında yəşəm, lazurit, xrizopraz (yarımqiymətli daş) və ametist daşlarından istifadə olunub. Sifarişlə tikilən yaxta "lyuks" sinfinə aid olan "Gulf Craft" tərsanəsinin üzərində quraşdırılıb.

Səkkiz kayutu olan yaxta göyərtəsində 18-dək qonaq qəbul edə bilir. Bu möcüzənin qiyməti kimi, sahibinin də adı açıqlanmır. Lakin o da məlumdur ki, həmin adam artıq 4-cü dəfədir sözügedən tərsanədə yaxta sifariş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.