DÜNYA
Birləşmiş Ərəb Əmirliklərində xoşbəxtlik və din azadlığı üzrə nazirlər olacaq
Qahirə, 9 fevral, AZƏRTAC
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti xoşbəxtlik və din azadlığı üzrə nazirliklər təsis etməyi qərara alıb. Hökumət strukturlarının yenidən təşkili haqqında məlumatı BƏƏ-nin Baş naziri və vitse-prezidenti, Dubay Əmiri Məhəmməd Əl-Məktum öz “Twitter” səhifəsində yazıb.
Qeyd edilir ki, xoşbəxtlik naziri bütün dövlət planlarını, proqramlarını və siyasətini sıx birləşdirməklə “cəmiyyəti daha xoşbəxt edəcək”, digər nazir isə din azadlığını “əmirliklər cəmiyyətinin əsas dəyəri kimi” aşılayacaq. Baş nazir bildirir ki, BƏƏ-nin Prezidenti Xəlifə ibn Zayed Əl-Nəhyan təklif edilən yeniliyin həyata keçirilməsinə artıq razılıq verib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [13:20]
Bolqarıstan parlamenti spikeri istefaya göndərib
- 25.04.2024 [12:48]
Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
- 25.04.2024 [12:34]
Hindistanın Racastan ştatında PUA qəzası baş verib
- 25.04.2024 [12:22]
Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir
- 25.04.2024 [12:12]
“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb
- 25.04.2024 [11:58]
Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb
- 25.04.2024 [11:42]
“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb
- 25.04.2024 [11:26]
Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək
- 25.04.2024 [11:04]