Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Birləşmiş Ərəb Əmirliklərinə - ekstremal əyləncə dalınca

Bakı, 5 fevral, AZƏRTAC

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi istirahət və əyləncə təklif edən ölkələr azdır. Burada hər şey var – ilboyu nəvazişli dəniz, möcüzəli iqlim, urbanistik möcüzələrlə yanaşı gözəl təbiət, yüksək mədəniyyət və dövlətin zəmanət verdiyi təhlükəsizlik. BƏƏ-yə növbəti dəfə yola düşəndə sanki burada hər şeyi görmüş, bütün əyləncələrin ləzzətini dadmış adam kimi özünü daha nə ilə əyləndirmək barədə düşünürsən. Lakin bu nağıllar diyarına hər səyahət əvvəlkinə bənzəməyən nadir macəraya çevrilir.

Elə bu dəfə də biz fotoqrafla adi əyləncələr, o cümlədən dünyanın ən dəbdəbəli oteli Burc Əl-Ərəbə, Kəpənəklər Parkına ekskursiya və ya Dubay akvariumunda susamurları ilə ünsiyyətlə yanaşı, tam ekstremal əyləncəyə də qatıldıq. Dubayda süni Palma adası üzərindən paraşütlə düşmək, yaxud Abu-Dabidə süni dağ çayının coşqun sularında raftinq Sizin üçün necədir? Bütün bunlar bizim çox xoşumuza gəldi və əminəm ki, siz də bunu dəyərləndirəcəksiniz! Beləliklə, bu və digərləri haqqında reportajımızı təqdim edirik.

Yeni tramvay nümunəsi və kəpənəklərdən portret

Teatr asılqandan başladığı kimi, istənilən azacıq da olsa uzaq məsafəyə səfər təyyarədən başlayır. Bu dəfə biz “flydubai” şirkətinə məxsus təyyarəyə mindik, “ekonom” və “biznes sinif” xidmətlərinin gözəl imkanlarını müqayisə edə bildik. Dubaya “ekonom”, geriyə isə “biznes sinif”də uçduq. Bundan əvvəl, 2014-cü ildə “flydubai” aviaşirkətinin xidmətlərindən istifadə etmişəm və “ekonom sinfin” texniki təchizatına və servis səviyyəsinə heyran olmuşam. Təyyarədə siz rusdilli heyətlə qarşılaşırsınız, hər sərnişin kreslosunun qarşısında quraşdırılmış sensorlu HD ekranının menyusunda isə rus dilini seçmək opsiyası var. Bu displeyin köməyi ilə virtual mağazadan bazarlıq etmək və ya geniş əyləncə sistemindən rus dilində filmlər, seriallar və musiqi seçmək olar. “Ekonom sinif”də sistemə giriş cüzi ödəniş etməklə reallaşır, “biznes sinif”də isə bu xidmət biletin qiymətinə daxildir. Əgər əvvəlcədən yemək haqqında düşünməmişsinizsə, bunu salonda sifariş etmək olar. Sən demə, “flydubai” “ekonom sinfi”nə bilet alarkən azacıq əlavə pul ödəməklə uçuş vaxtı isti yemək və içkilərlə tam təmin olunacaqsınız.

Dubaya son səfərimizdən sonra burada çox maraqlı şeylər yaradılıb. Məsələn, BƏƏ-də ilk və Yaxın Şərqdə ən müasir tramvay xətti çəkilib. Tramvay xətti şəhərin qərb hissəsində “Palm Jumeirah” süni adasından keçir. Xəttə 11 stansiya daxildir. Onlardan ikisində - “Dubai Marina” və “Jumeirah Lakes Towers” stansiyalarında düşüb metroya minmək olar. Çox rahatdır. Bundan başqa, tramvay xətti “Palm Jumeirah” adasına aparan monorelsə inteqrasiya olunub. Tramvayda gediş haqqı 3-4 dirhəmdir, ödəniş metro kartı ilə edilir. Tramvay rekordlara da imza qoyub. Məsələn, Dubay tramvayı Avropa sərhədlərindən kənarda təhlükəsizliyi gücləndirmək məqsədilə güc kabellərinin tam torpağın üstündə çəkildiyi ilk tramvaydır. Həmçinin, bu tramvay vaqon və platformada qapıların eyni vaxtda açılması mexanizmi ilə təchiz edilib. Daha bir maraqlı xəbər isə 2015-ci ildə Dubayda dünyanın ən böyük Kəpənəklər parkı, elmi dildə desək insektarium açılmasıdır.

Kəpənəklər parkı Dubaylend rayonunda məşhur “Dubai Miracle Garden” Gül bağı ərazisində yerləşir. Mövsümi - oktyabr–aprel aylarında işləyən Gül bağından fərqli olaraq, insektarium ilboyu açıqdır. “Dubai Miracle Garden” kompleksinin direktoru Abdel Naser Raxalın sözlərinə görə, Kəpənəklər parkı 3 istiqamətdə - əyləncə, maarifləndirici və elmi istiqamətdə fəaliyyət göstərir. Parkda 14-26 gün ömrü olan zərif həşəratlar üçün temperaturun optimal nisbəti saxlanılır. Kəpənəklər bura gələnlərin başı üzərində sərbəst uçuşur, onların əllərinə və geyimlərinə qonurlar. Hər pavilyonda oturmaq və kəpənəkləri müşahidə etmək üçün köşk quraşdırılıb. Ətrafda çoxlu yaşıllıq, çiçəklər var, quşlar cəh-cəh vurur, bir sözlə, yay ab-havası hökm sürür.

Maraqlıdır ki, ölən həşəratları atmayıb, “işə” qoşurlar. Məsələn, parkda kəpənəkdən hazırlanmış müxtəlif şəkillər, o cümlədən BƏƏ-nin Prezidentinin, Dubay və Abu-Dabi əmirlərinin portretlərini görmək olar. Kəpənəklər parkı hər gün saat 9:00-dan 17:30-dək işləyir. Yeri gəlmişkən, kəpənəklər 13:00-14:00 arasında daha fəal olurlar. Parka biletin qiyməti 50 dirhəmdir (təxminən 13 dollar). Kəpənəklər parkına və “Miracle Garden”ə ekskursiyanı birləşdirmək olar. Sonuncuya giriş haqqı 30 dirhəmdir. Üç yaşınadək uşaqlara giriş pulsuzdur.

Gözəl yaşamağı qadağan etmək olmaz – pul xərcləyin, istədiyiniz kimi əylənin

Yəqin ki, çoxları yelkən formasında olan məşhur “Burj Al Arab Jumeirah” oteli haqqında eşidib. 1999-cu ildə açılan bu otel Dubayın rəmzlərindən birinə çevrilib. Hündürlüyü 321 metr olan 69 mərtəbəli bina hər kəsi heyrətə gətirir. Lakin dünyanın ən dəbdəbəli otelində istirahət etməyin nə dərəcədə qeyri-adi olduğunu ancaq müsafirlər başa düşə bilərlər. Bu oteldə qalmaq bizə qismət olmadı, lakin “Jumeirah” şirkətinin müdiri bizim üçün otelə ekskursiya təşkil etməyə razılıq verdi.

Maraqlıdır ki, oteldə standart nömrələr yoxdur, “Burj Al Arab”da olan 202 nömrənin hamısı 2 mərtəbəli lyuks nömrələrdir. Qeydiyyatı birbaşa nömrədə etmək mümkündür. Otelin bütün nömrələrinin özəlliyini körfəzə baxan divarboyu pəncərələr təşkil edir. “Burj Al Arab Jumeirah” otelinin atrium vestibülü isə dünyada ən hündür (180 metr) hesab olunur. Xırdaçılıq etməmək üçün biz dərhal ümumi sahəsi 780 kvadratmetr olan, iki yataq otağından ibarət kral nömrəsinə getdik. Hər şey olduqca təmtəraqlı, möhtəşəmdir. Ətrafda nə varsa qızıl suyuna (hətta televizorun korpusu da) çəkilib. Məxmər, qırmızı ağac, qiymətli xalçalar, qonağın arzusu ilə çarpayıların üzərində bəzəkli talvarın fırlanması... Unitaz və əlüzyuyan qızıldan deyil, adi materialdandır. Vanna mərmərdəndir, tualet ləvazimatı “Hermes” brendinə aiddir.

Belə məkanda qalmağı arzu etsəniz, təxminən 28 min dollar ödəməyə hazır olmalısınız. Lakin bu oteldə daha əlyetərli, məsələn, gecəsi təxminən 1500 dollar olan nömrələr var. Bu məbləğ bütün nömrələri lyuks olan 5 ulduzlu, hətta dəfələrlə 7 ulduzlu adlandırılan otel üçün baha deyil.

Yeri gəlmişkən, oteldə nömrə götürmək bura gəlməyin yeganə yolu deyil. Məsələn, açıq terrası olan hovuzun yaxınlığında yerləşən “Bab Al Yam” restoranında şam yeməyi sifariş vermək olar. Adambaşına 460 dirhəm ödəyin və yeməkləri çox yüksək standartlara cavab verən “İsveç stolu”ndan zövq alın. Tam sərbəst olun və özünüzü evdəki kimi hiss edin!

Əfsanəvi otelə ekskursiyadan sonra biz daha bir qeyri-adi məkana – Dubay akvariumuna getdik. Özü də təkcə onun sakinlərinə baxmaq deyil, dəniz heyvanları ilə ünsiyyət proqramlarından birində iştirak etmək üçün getdik. Akvariumun tamaşaçılarına “yaxın təmas” üçün aşağıdakı variantlar təklif edilir: terrarium arxasında kütləsi 750 kiloqram, uzunluğu 5 metr olan timsaha baxmaq, dəniz skatlarını yemləmək və dəniz samuru ilə xüsusi ünsiyyətdə olmaq. Biz sadalanan heyvanlardan susamurunun daha sevimli və zərərsiz olduğunu güman edərək sonuncu variantı seçdik. Əslində bu elə düşündüyümüz kimidir – heyvanlar təlimçilərlə ipək kimidir, lakin onlara müstəqil toxunmağa cəhd etməyin – dərhal dişləyəcəklər.

Proqram məhdud dairə (5-6 nəfər) üçün şoudur. Bu zaman izləyicilərə susamurunun həyat tərzi və vərdişləri haqqında məlumat verilir, bu heyvanları (təlimçinin əmri üzrə) tumarlamaq və xatirə fotoşəkilləri çəkdirmək imkanı yaradılır. Bu cür proqramda iştirak etməyin qiyməti 200 dirhəmdir. Akvariuma və sualtı zooparka getmək də bu məbləğə daxildir.

Bu qəbildən olan əyləncə sizə ekstremal görünməsə, digər təklifdən istifadə edə bilərsiniz. Siz akvalanqda təlimçinin müşayiəti ilə və ya xüsusi qəfəsdə 33 min dəniz sakini olan akvariuma baş vurub orada akulaları və skatları müşahidə edə bilərsiniz. Bir sözlə, pul xərcləyin, istədiyiniz kimi əylənin.

Su ilə sınaq və ya burulğana baş vurmaq

Biz də ekstrimin düşməni deyilik və onun arxasınca Abu-Dabi əmirliyində, BƏƏ-nin paytaxtından və Dubaydan eyni məsafədə - təxminən 145 kilometrdə yerləşən Al-Ayn şəhərinə getdik. “Wadi Adventure” su əyləncələri parkı məhz burada yerləşir.

Etiraf edim ki, Al-Ayn şəhərinə ötən səfərimizi planlaşdıranda mən bu adla qarşılaşmış və səhvən güman etmişdim ki, bu akvapark “əyalət” əhəmiyyətlidir. Lakin parka budəfəki səfərimiz hər şeyi öz yerinə qoydu. Məlum oldu ki, “Wadi Adventure” ümumiyyətlə, akvapark deyil, Yaxın Şərqdə raftinq, kayakinq və serfinq üçün süni su axınına malik ilk parkdır. Buranı kral ailəsinə məxsus olan “Royal Group” şirkəti idarə edir.

Şəhərin görməli yeri olan Cebel Hafit dağının ətəyində böyük ərazidə yerləşən “Wadi Adventure” bir neçə dünya rekordunun sahibidir. Məsələn, parkda raftinq və kayakinqlə məşğul olmaq üçün dünyanın ən uzun süni çayı yaradılıb, uzunluğu 1,2 kilometrdir. “Wadi Adventure” parkının 3,3 metr hündürlüyündə süni dalğası olan hovuzu da dünyada ən böyük hovuzdur. Parkın ərazisində su əyləncələri ilə yanaşı, “hava” parkı (AirPark) da var. Arzu edənlər burada qayalara dırmaşmaqda qüvvələrini sınaya və ya kanat yoldan (Zip Line) istifadə edə bilərlər. Daha ənənəvi istirahət həvəskarlarına günəş vannasını qəbul etmək üçün açıq terrası olan hovuz, kafe və restoranlar təqdim edilir. Parkın ərazisində ticarət obyektləri var. Oradan xüsusi ayaqqabı, geyim, günəş şüalarından qoruyucu vasitələr və s. almaq olar.

“Wadi Adventure”nin baş direktoru Nileş Mistri bizə dedi ki, park 2012-ci ildən fəaliyyətə başlayandan bəri fəal istirahət və macəra həvəskarlarını özünə cəlb edib. Bura dünyanın hər yerindən idmançılar toplantı və məşqlərə gəlirlər, həftə sonu isə park BƏƏ-nin sakinləri və turistlərlə dolu olur. Hər kəs özünü raftinq və kayakinqdə sınaya bilər, bunun üçün peşəkar olmaq lazım deyil.

Raftinqlə məşğul olmaq üçün biz çimərlik geyimi və xilasetmə jiletləri geyindik. Ətraflı təlimatdan sonra biz üç nəfər üç süni çaydan ən “sakiti”ndə olan qayığa mindik. Qayıq növbəti su maneəsini aşanadək biz təlimatçının göstərişi ilə gah var gücümüzlə avar çəkdik, gah da müvazinətimizi saxlamağa çalışdıq. Belə maneələrin birində mən qayıqdan suya düşdüm. Təlimata əsasən belə anlarda ayaq üstə qalxmağa cəhd göstərmək lazım deyil. Yaxşı olar ki, tam boşalasan və arxası üstə uzanasan. O zaman məşqçi sizi qayığın içinə tez çəkər. Elə hər şey belə də oldu. Lakin baş verənlər mənim ikinci və ən təlatümlü üçüncü çayı keçmək arzularımı zəiflətdi. Lakin necə deyərlər, çünki oldun dəyirmançı...

Məlum oldu ki, nahaq yerə həyəcanlanırdım. Əyləncələrdən ən maraqlı və cəlbedicisi təlatümlü çaydan keçmək oldu. Güclü mühərriklər elə əsl dağ çayında olduğu kimi burulğanlar yaradırdı ki, avar çəkməyə ehtiyac qalmırdı, yalnız sərt keçidlərdə qayıqdan möhkəm yapışmaq lazım gəlirdi. Bir qədər sonra başa düşürsən ki, tarazlığı yaxşı saxlayanda raftinq adama heç nə ilə müqayisə olmayan ləzzət verir. Bu parka yenidən qayıtmağa dəyər!

 Х Х Х

 

Davamı olacaq…

Bizi digər ekstremal əyləncələr də gözləyirdi – axı məşhur “Palm Jumeirah” süni adası üzərindən paraşütlə tullanmaq, dünyanın ən böyük dağ-xizək kurortu “Ski Dubai”da xizək sürmək, yaxud “Ferrari World” attraksionlar parkında “Amerika təpəcikləri”ndə saatda 240 kilometr sürətlə şütümək hər gün qismət olmur. Bu və bir çox digər başqa şeylər barədə BƏƏ-yə səfərimizə dair növbəti reportajda söhbət açacağıq.

Emil Eyyubov

məxsusi olaraq AZƏRTAC üçün

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar YENİLƏNƏCƏK

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq

Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

Magistraturaya qəbul imtahanının II cəhdində 19 min 716 nəfər iştirak edəcək

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”nin göstəricisini təkrarlayıb

Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO

Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb

Aprelin 24-də 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Dünya birjalarında neft bahalaşıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silah və sursatlar aşkarlanaraq götürülüb

Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub

Azərbaycan Kubokunun yarımfinalında məhsuldarlıq rekordu yenilənib

DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar VİDEO

DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb

“Toyota” ötən maliyyə ilində avtomobil istehsalında rekord vurub

Azərbaycan nefti bahalaşıb

Azərbaycan-Rusiya münasibətləri yeni hədəflərimizə çatmağa töhfə verəcək – ŞƏRH