Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Birləşmiş Ərəb Əmirliklərinə - ekstremal əyləncə dalınca

Davamı. Əvvəli ilə tanış olmaq üçün bax:

Bakı, 8 fevral, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinə səfər Azərbaycan turizm bazarında ən populyar və əlyetərli istiqamətlərdən biridir. Özü də elə düşünməyin ki, Dubayda və Abu-Dabidə sizə saysız-hesabsız mağazalardan və çimərlik istirahətindən başqa heç nə təklif edilməyəcək. Belə düşünənlər yanılır. BƏƏ-də təsəvvür edə biləcəyiniz fəal əyləncə növlərinin hər birini tapa bilərsiniz. Bu sözləri təsdiqləmək üçün biz də həmin əyləncə növlərindən bəzilərini sınaqdan keçirməyi qərara aldıq.

Əvvəlcə Dubayda, Yaxın Şərqdə ilk dağ xizəyi kompleksində xizək sürdük və Abu-Dabidəki “Ferrari World” adlı unikal attraksionlar parkına getdik. Ən həyəcanlandırıcı məqam isə əfsanəvi “Palm Jumeirah” süni adasına paraşütlə tullanmaq oldu.

Reportajımızın ikinci hissəsində bu və bir sıra başqa məsələlər barədə təəssüratlarımızı bölüşəcəyik.

Dəbdə olan selfi və rekordçu akvapark

Əmirliyə hər dəfə gələndə burada nə isə bir yenilik aşkar edirsən. Bu dəfə də turistlərin xoşladığı Dubay Marina rayonunda heyrətamiz göydələnlər arasında maraqlı bir yenilik gördük. Yaxtalara, dəbdəbəli restoranlara və təmtəraqlı mağazalara tamaşa edə-edə sahildə gəzişərkən foto-avtomatlara rast gələ bilərsiniz. Hündürlüyü adam boyda olan belə aqreqata yaxınlaşıb sensor displeydə “foto çəkmək” düyməsini basandan sonra taymer işə düşür. Bu müddətdə kameranın görüş dairəsinə düşmək üçün bir qədər kənara çəkilirsiniz və fotoşəkil hazırdır! Bundan sonra bircə o qalır ki, displeydə öz elektron poçtunuzun ünvanını göstərəsiniz. Sizin pulsuz çəkilmiş fotoşəkliniz dərhal həmin ünvana göndəriləcək. 

Selfi mövzusunun davamı kimi “Palm Jumeirah” adasındakı məşhur “Atlantis” otelinə getdik. Bu otelin Şərq memarlığına xas olan günbəz formasında qəşəng tağı fonunda fotoşəkil çəkdirməyən turist çətin ki, tapıla. Oteldən əlavə akvapark, akvarium və delfinarinin də daxil olduğu bu möhtəşəm komplekslə tam tanış olmaq üçün bir gün, əlbəttə, kifayət deyil. Təkcə akvaparkla tanış olmağa bütöv bir günümüzü sərf etdik. Bütün Yaxın Şərqdə su attraksionlarının ən böyük tematik parkının sahəsi 160.000 kvadratmetrdir.

Fəal istirahət həvəskarları burada Neptun qülləsində “Məchul aləmə tullanış” attraksionunda güclərini sınaya bilərlər. Doqquzmərtəbəli ev hündürlüyündə, demək olar ki, şaquli vəziyyətdə olan bu təpədən praktiki olaraq bir saniyə ərzində aşağı enirsiniz. Sonra da məlum olur ki, siz akulaların və nəhəng skatların əhatəsində şəffaf plastik boru üzrə yola davam edirsiniz. Başqa ekstremal attraksionlar arasında “Akulalar hücuma keçir” təpəsi xüsusilə fərqlənir. Burada skatların və akulaların qaynaşdığı tunelə düşürsünüz. Bu cür eniş nə qədər həyəcanlandırıcı olsa da, təhlükəsizdir (insan şüşə arakəsmə vasitəsilə balıqlardan ayrılır). Poseydon qülləsində “Akvakonda” təpəciyində sürüşməyi tövsiyə edərdik. Bu, dünyada ən böyük su təpəciyidir. Əyri-üyrü qaranlıq tuneldən keçən nəhəng enişi başa vurandan sonra dünyada ən böyük şəffaf tunelə düşəcəksiniz. Bu, son dərəcə təsirlidir!

Sakit istirahətə üstünlük verən müsafirlərə çayın iki kilometrlik hissəsində üzmək, içərisində delfinlər “gəzişən” hovuza baş vurmaq, dayvinq dərsi almaq imkanları təklif edilir. Belə fəal əyləncələrdən sonra dəniz sahilində dincəlmək olar. Biz də belə etdik – adı azərbaycanlıların qulağına doğma gələn “Nasimi Beach” çimərliyinə yollandıq.

Çimərlikdəki “Nasimi” restoranında suşi və saşimidən başlamış Asiya və Aralıq dənizi ölkələri üçün səciyyəvi olan delikateslərə qədər dünyanın ən yaxşı nemətlərini dadmağı təklif etdilər. Kəşflərlə dolu günümüz dəniz sahilində yerli diceyin musiqi kompozisiyalarının sədaları altında şam süfrəsi ilə başa çatdı.

Qar səltənəti və sürət həvəsi

Çimərlik istirahəti ilə qış əyləncələrini birləşdirmək yəqin ki, yalnız Dubayda mümkündür. Burada fəaliyyət göstərən “Ski Dubai” əyləncə parkı dünyada ən iri örtülü dağ-xizək komplekslərindən biridir. Parkın sahəsi 22.000 kvadratmetrdən çoxdur. Maraqlıdır ki, bu kompleks “Mall of the Emirates” ticarət mərkəzinin binasında yerləşir.

Bu kompleksin xidmətlərindən istifadə etmək üçün Dubaya gedəndə özünüzlə xizək avadanlığı aparmağa ehtiyac yoxdur – bunun üçün zəruri olan hər şeyi kompleksin girəcəyində verəcəklər. İsti paltar, xizək və ya snoubord üçün icarə haqqı biletin qiymətinə daxildir. Bu məbləğ 210 dirhəmdən (təxminən 55 dollar) başlanır. Təkcə papaq verilmir – onu ya özünüzlə götürməli, ya da yerli mağazada almalısınız. Əynimizə isti kombinezon, ayağımıza xizək çəkmələri geyinərək yolumuza davam edirik.

Dağ-xizək kompleksinin kandarından keçən kimi sanki nəhəng bir dondurucu kameraya düşürsünüz. Burada ilboyu 1-6 dərəcə şaxta olur. Bir qədər özünüzə gələndən sonra fəal hərəkətə başlamalısınız. Əgər siz Azərbaycandakı “Şahdağ” dağ-xizək kurortunun ulduzusunuzsa və oradakı sərt yamaclar sizi qorxutmursa cəsarətlə qaldırıcı qurğuya tərəf yönəlin. Bu qurğu sizi hündürlüyü 60 metr olan təpənin zirvəsinə çatdıracaq. Oradan mürəkkəblik dərəcəsi müxtəlif olan beş trasdan birini seçib sürüşə bilərsiniz. Snoubord ustaları üçün 90 metrlik yolda özünüzü sınaya bilərsiniz. Lakin əgər bizim kimi siz də xizək üzərində güclə dayanırsınızsa, buyurun, bu da xizək məktəbi. Buradakı təlimatçı sizi bu maraqlı məşğuliyyətin əsasları ilə tanış edəndən sonra qazandığınız vərdişləri sadə bir yamacda möhkəmlədə bilərsiniz. Bu, həm maraqlı, həm də təhlükəsizdir.

Bundan əlavə, “Ski Dubai” kompleksində kirşə sürmək, kanat yolda hərəkət etmək və pinqvinlərə tamaşa etmək mümkündür. Burada hər gün pinqvinlərin “iştirakı ilə” maraqlı tamaşalar təşkil edilir. Arzu edənlərə ayrıca ödəniş müqabilində pinqvinləri sığallamaq, onlarla birlikdə xatirə şəkli çəkdirmək imkanı təklif olunur.

Onu da əlavə edək ki, “Ski Dubai” kompleksində təbii qış koloritinə nail olmaq üçün küknar ağacları əkilib. Ona görə də səhranın ortasında bu qarlı vahənin təsirini uzun müddət hiss edəcəksiniz.

İndi, necə deyərlər, qızışmaq vaxtıdır. Biz də ertəsi gün Abu-Dabidəki Yas adasına - dünyada ən böyük “Ferrari World” tematik parkına yola düşdük. Bu parkdakı attraksionlar insanın damarlarında qanı coşdurur.

Sahəsi 200.000 kvadratmetrə bərabər olan kompleksin damını “Ferrari” şirkətinin indiyə qədər yaradılmış ən böyük (65x48,5 metr ölçülü) loqotipi bəzəyir. Dünyada ən sürətli “Formula Rossa” pnevmatik Amerika təpəciyi də məhz bu parkda yaradılıb. Biz də ilk növbədə ona tərəf yönəldik. “Ferrari” yürüş avtomobili formasında hazırlanmış vaqonet tipli kresloda yerinizi rahatlamaq üçün siz şəxsi əşyalarınızı, yəni mobil telefon, kamera, çanta və başqa ləvazimatları təhvil verib xüsusi nömrə almalı və qoruyucu eynək taxmalısınız. Bundan sonra geriyə hesablama başlanır – siz ağlasığmaz virajlarla güllə kimi irəli şütüyürsünüz. Eynək taxmağıma baxmayaraq mən əvvəlcə gözlərimi açmağa cəsarət etmədim. Qarşıdan gələn hava axını o qədər güclü idi ki, kreslodan bərk-bərk yapışmağa məcbur oldum. Bəs necə! Beş saniyədən də az müddətə attraksionun sürəti saatda 240 kilometrə çatır. Bu duyğuları yəqin ki, yalnız sərbəst düşmə ilə müqayisə etmək olar.

Sərnişinlərin şaşqın, lakin son dərəcə razı vəziyyətdə finişə çatdığı anda dinamiklərdən səs eşidilir: “Sizi təbrik edirik, indicə siz dünyada ən sürətli Amerika təpəciyində sürüşdünüz!”

Parkda heç də bundan az maraqlı olmayan attraksionlar çoxdur – kartinq, yürüş bolidləri simulyatorları, 4D kinoteatrı və s. Buna baxmayaraq, “Formula Rossa” təpəcəyinə bir daha qayıtmaq istərdik. Attraksionların sayı daim artır. Parka giriş bileti yaşlı adamlar üçün 250 dirhəmdən (təxminən 68 dollar) başlanır. Populyar attraksionlara növbəsiz keçmək üçün dəyəri 500 dirhəm olan (təxminən 135 dollar) “qızıl bilet” almaq, ya da hövsələli olmaq lazımdır. İnanın ki, buna dəyər!

Tom Kruzdan hədiyyə və uçuruma tullanma

Ekstremal əyləncələrdən bir qədər aralanmaq üçün Dubaydakı “Jumeirah Zabeel Saray” otelində yerləşən Yaxın Şərqdə ən böyük spa-mərkəzə yollanmağı qərara aldıq. 

Sahəsi 8000 kvadratmetr olan “Talise Ottoman Spa” kompleksi saraya oxşayır. Burada 42 prosedur kabineti, buğxana, sauna, qar otaqları və bir neçə türk hamamı var.

Lakin məlum oldu ki, bu oteli məşhur edən təkcə spa-mərkəz deyil. Büdcəsi bir neçə milyon olan “Namümkün missiya-4” blokbasterinin səhnələri bu otelin divarları arasında çəkilib. Çəkilişlər başa çatandan sonra bu filmin ulduz aktyoru Tom Kruz kadrda onun qəhrəmanı superagent İtan Xankın geydiyi qara kostyumu və zirehli keysi otelə bağışlayıb. İndi həmin rekvizitlər vitrində qoyulub və buraya gələn hər kəs onlara tamaşa edir. İnanmırsınız? Elə isə gəlin, özünüz şahid olun!

Nəhayət, səfər proqramımızın intizarla gözlənilən paraşütlə tullanma məqamına çatdıq. Etiraf edim ki, bizim heç birimizin bu sahədə təcrübəmiz yox idi və bu niyyətin nə ilə başa çatacağını təsəvvür etmirdik.

Əslində isə hər şey sadə imiş. Dubay səmasında paraşütçülər tez-tez görünür, burada bu məşğuliyyət geniş yayılıb, peşəkarların xüsusi yarışları və toplantıları keçirilir. BƏƏ-də idmanın bu növünün inkişafı “Skydive Dubai” şirkəti ilə bağlıdır. Şirkətin təlimatçıları indiyə qədər paraşütlə 220.000-dən çox tullanış həyata keçiriblər.

Şirkətin təyyarələrinin havaya qalxdığı baza şəhərin mənzərəli bir rayonunda, “Palm Jumeirah” adasının yaxınlığında yerləşir. İstənilən insan heç bir hazırlıq keçmədən paraşütlə tullana bilər. Bunun üçün həmin şəxsi təcrübəli təlimatçıya yaxşıca bağlayırlar və onlar ikilikdə tullanır. Bu ləzzətin qiyməti 2000 dirhəmdir (təxminən 540 dollar). Lakin təşkilatçılar bizim birimizə pulsuz tullanmaq hüququ verdilər ki, o, öz təəssüratlarını bölüşə bilsin. Əvvəlcə paraşütlə tullanmaq ideyasını bizim fotoqraf irəli sürmüşdü. Sonda bu ideyanı həyata keçirmək hüququ da ona qismət oldu.

Beləliklə, təyin olunmuş saatda biz bazada idik. Burada bütün zəruri avadanlıq təqdim edildi. Əvvəlcə sizə təlimat keçir, uçuş zamanı özünüzü necə aparmalı olduğunuzu izah edir, sonra sizi təlimatçıya bağlamaq üçün xüsusi ləvazimat verirlər. Nəhayət, içərisində 10 nəfər paraşütçü olan yüngül təyyarə havaya qalxır, 4 kilometr yüksəkliyə çatanda tullanma başlanır.

Heç nə barədə narahat olmayın – sakitləşin və ləzzət alın. Təlimatçı açıq səmaya addımı birinci özü atır və siz təxminən 1 dəqiqə müddətində sərbəstdüşmənin nə demək olduğunu hiss edirsiniz. Bu müddət başa çatandan sonra təlimatçı əsas paraşütü açacaq (ehtiyat paraşüt də var), siz isə məşhur “Palm Jumeirah” adasına tamaşa edə-edə 5 dəqiqə yavaş-yavaş enəcəksiniz.

Bizim fotoqrafın sözlərinə görə, paraşütlə tullanmağın ən həyəcanlı məqamı sərbəstdüşmədir. Bu, bütün hissiyyat orqanları üçün əsl sınaq, emosiyaların coşması, təsvirəgəlməz duyğulardır. Yeri gəlmişkən, siz ta yerə enənə qədər bütün prosesi sizinlə paralel olaraq paraşütlə tullanan operator lentə çəkəcək. Bu xidmətin haqqı da paraşütlə tullanmanın dəyərinə daxil edilib ki, həmin anlar həmişəlik yadınızda qalsın!

Emil Eyyubov

Məxsusi AZƏRTAC üçün

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək