DÜNYA


Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti Qətər dövlətini dostluğa çağırıb

Əbu-Dabi, 29 iyun, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum “Instagram” səhifəsində Qətərə həsr etdiyi “Yol geniş və açıqdır” adlı şeirini yerləşdirib. Bu barədə əmirliyin “KhaleejTimes” nəşri məlumat yayıb.

Dubay əmiri şeirdə Qətəri Fars Körfəzi Dövlətləri Əməkdaşlıq Şurasına daxil olan ən yaxın qonşularla dostluq münasibətinə qayıtmağa çağırır. “Birləşmək və bir-birini sidq ürəklə kinsiz-kidurətsiz qorumaq vaxtı yetişib”, - deyə Şeyx Məhəmməd bin Rəşid Al Məktum şeirində yazır.

O, həmçinin Qətər hökumət orqanlarına Məhəmməd Peyğəmbərin (s.ə.s.) “Canavarlar azmış qoyuna hücum edir” kəlamını xatırladır və bildirir ki, qapılar dialoq üçün əvvəlki kimi açıqdır və fərqə baxmayaraq qonşu həmişə təhlükəsiz şəraitdə olmalıdır.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.