REGİONLAR


Birləşmiş Krallığın ölkəmizdəki səfirliyi Şəki ilə əməkdaşlığın genişləndirilməsinə maraq göstərir

A+ A

Şəki, 20 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəkidə keçirilən beynəlxalq festivallar barədə məlumatım var. Arzu edərdim ki, gələcəkdə bu festivallarda Böyük Britaniyadan gəlmiş kollektivlər də təmsil olunsun.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri xanım Karol Krofts sentyabrın 20-də Şəkiyə səfəri çərçivəsində şəhər rəhbərliyi ilə görüşü zamanı səsləndirib.

Şəhər icra hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Elxan Usubov qonağa Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm imkanları barədə məlumat verib. Bildirilib ki, Şəkidə qədimdən ipəkçilik və sənətkarlıq yüksək səviyyədə inkişaf edib. Şəki, həm də qədim tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəkidə dövlət qeydiyyatına alınmış 84 tarixi-memarlıq abidəsi var. Festivallar şəhəri kimi tanınan Şəkidə il ərzində beynəlxalq səviyyəli 4-5 festival keçirilir.

Xanım Karol Krofts Azərbaycan ilə Birləşmiş Krallıq arasında əlaqələrin müxtəlif sahələr üzrə uğurla davam etdirildiyini vurğulayaraq, gələcəkdə Şəki şəhəri ilə mədəniyyət və turizm sahələrində əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.

Görüşün sonunda səfirə Şəki ilə bağlı xatirə hədiyyələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.