DÜNYA


Birləşmiş Krallıq balıqçılığın tənzimlənməsi beynəlxalq konvensiyadan çıxacaq

London, 2 iyul, AZƏRTAC 

Birləşmiş Krallıq balıqçılığın tənzimlənməsi üzrə beynəlxalq konvensiyadan çıxacaq. Bu konvensiya digər ölkələrin vətəndaşlarının Britaniya sularında balıq tutmasına icazə verir.

Böyük Britaniyanın ətraf mühit üzrə naziri Maykl Qov qeyd edib ki, beləliklə, Birləşmiş Krallıq öz sularında nəzarəti bərpa edəcək. Əlli ildən artıqdır ki, ilk dəfə olaraq, Birləşmiş Krallıq su hövzələrinə hansı ölkələrin vətəndaşlarının girə biləcəyinə qərar verəcək.

Konvensiyadan çıxdıqdan sonra Britaniya balıqçıları da başqa ölkələrin sularında balıq tutmaq hüquqlarını itirəcəklər.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.