Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) direktorluğu və çoxmillətli kollektivi adından səmimi qəlbdən  təbrik edirik.

Azərbaycanın elmi mərkəzləri ilə BNTİ arasında Sizin Hökumətin fəal dəstəyi ilə dinamik inkişaf edən elmi-texniki əməkdaşlığın yüksək səviyyəsini məmnunluq hissi ilə qeyd edirik.

Əminəm ki, Azərbaycanın elmi mərkəzləri bizim institutun bazasında nüvə elmləri və müvafiq sahələr üzrə perspektivli layihələrin reallaşmasında bundan sonra da fəal iştirak edəcək.

Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, dost Azərbaycan xalqına sülh, rifah və firavanlıq arzu edirəm.

Dərin hörmətlə,

Viktor Matveyev

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru,

Rusiya Elmlər Akademiyasının akademiki

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin