İQTİSADİYYAT
Bişkekdə MDB əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Əlaqələndirmə Şurasının 29-cu iclası keçirilir
Bişkek, 30 sentyabr, AZƏRTAC
Bişkekdə Qırğızıstanın sədrliyi ilə Müstəqil Dövlətlər Birliyi əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Əlaqələndirmə Şurasının 29-cu iclası keçirilir.
MDB-nin 25 illik yubileyinə həsr edilmiş tədbirdə Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan nümayəndələri iştirak edirlər.
İclasda bildirilib ki, Şura çərçivəsində əhalinin məşğulluğu, əmək miqrasiyası, ümumi əmək bazarının formalaşdırılması, qeyri-qanuni miqrasiya və digər sahələrdə MDB ölkələrinin qanunvericilik bazasının yaxınlaşdırılması istiqamətində məqsədyönlü iş aparılır. Qurumun fəaliyyəti MDB əhalisinin sosial təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlib.
Tədbirdə Böyük Vətən Müharibəsi veteranlarının və əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılması məsələləri də müzakirə edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek