MƏDƏNİYYƏT
Bişkekdə MDB rəssamlıq məktəbinin tələbə və müəllimlərinin sərgisi açılıb
Bişkek, 28 oktyabr, AZƏRTAC
Qırğızıstanın Q.Aytiyev adına Təsviri İncəsənət Milli Muzeyində Müstəqil Dövlətlər Birliyinin (MDB) 25 illiyi ilə bağlı MDB ali rəssamlıq məktəblərinin tələbə və müəllimlərinin sərgisi açılıb.
Sərgi MDB-nin 25 illiyi ilə bağlı Birlik ölkələri yaradıcı ziyalılarının və alimlərinin 11-ci forumu çərçivəsində baş tutub.
Sərgidə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Ukrayna, Özbəkistan, Tacikistan və digər ölkələrin 21 tələbə və müəllimlərinin 65 işi nümayiş etdirilir.
Təşkilatçıların yaydığı məlumata görə sərginin keçirilməsində məqsəd MDB ölkələri arasında mədəni sahədə əlaqələrin dərinləşdirilməsi, bu sahədə dialoqun davam etdirilməsidir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek