İQTİSADİYYAT


Bişkekdə “MDB sığorta fəaliyyətinin aktual problemləri” adlı forum keçiriləcək

A+ A

Bişkek, 23 oktyabr, AZƏRTAC

Noyabrın 11-də Bişkekdə “Müstəqil Dövlətlər Birliyi (MDB) sığorta fəaliyyətinin aktual problemləri” adlı forum keçiriləcək.

Bu mövzuda MDB məkanında ilk dəfə keçiriləcək forumda quruma üzv olan ölkələr arasında sığorta sahəsində əməkdaşlığın genişləndirilməsi, informasiya mübadiləsinin aparılması və digər məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Ümumiyyətlə, forumda 16 məsələnin müzakirəsi nəzərdə tutulub.

Tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və digər MDB ölkələrinin nümayəndələri iştirak edəcək.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.