MƏDƏNİYYƏT


Bişkekdə TÜRKSOY xalq çalğı alətləri orkestrinin konserti olacaq

A+ A

Bişkek, 28 sentyabr, AZƏRTAC

Qırğızıstan Mədəniyyət və İnformasiya nazirliyinin mətbuat xidmətindən bildirilir ki, sentyabrın 30-da Bişkekdə TÜRKSOY xalq çalğı alətləri orkestrinin qala konserti olacaq.

T.Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında keçiriləcək konsert Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Türkmənistanın müstəqilliyinin 25 illiyinə həsr edilib.

Konsertdə bu ölkələrdən gələn musiqi kollektivləri xalq və bəstəkar mahnılarını ifa edəcəklər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.