MƏDƏNİYYƏT
Bişkekdə "Dünya dastanları" festivalı keçiriləcək
Bakı, 29 avqust, AZƏRTAC
Sentyabrın 3-də 7-dək Qırğızıstanın paytaxtı Bişkek şəhərində "Dünya dastanları" festivalı keçiriləcək.
AZƏRTAC "TRT Avaz" telekanalının saytına istinadla xəbər verir ki, türkdilli dövlətlərin də qatılacağı festivalın keçirilməsində əsas məqsəd dastanların tarixi əhəmiyyətini qoruyaraq gələcək nəsillərə çatdırmaq və bu istiqamətdə ölkələrin qarşılıqlı əlaqələrinin inkişafına töhfə verməkdən ibarətdir. Belə ki, Bişkekdə "Qırğız köçü" adlı şərti şəhərcik qurulacaq və festival burda təşkil olunacaq açılışla başlayacaq.
Festivalda Azərbaycanın da iştirakı gözlənilir.
Qeyd edək ki, dastan söyləmək və ölkələrin milli geyim nümunələrinin nümayiş olunacağı tədbir Bişkek Filarmoniyasında davam edəcək konsert və qaliblərin mükafatlandırılması mərasimi ilə sona çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:20]
Abdulla Şaiqin mənzil-muzeyində tədbir: “Narkotik asılılığına son!”
- 25.04.2024 [17:54]
Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib
- 25.04.2024 [17:45]
Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək
- 25.04.2024 [17:00]
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 25.04.2024 [16:38]
İstiqlal Muzeyində “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib
- 25.04.2024 [16:06]
“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub
- 25.04.2024 [16:03]