MƏDƏNİYYƏT
Bişkekdəki Mədəniyyət Mərkəzinin sədri Qırğızıstan Xalqları Assambleyası sədrinin müavini seçilib
Bişkek 19 avqust, AZƏRTAC
Bişkekdə Qırğızıstan Xalqları Assambleyası (QXA) Şurasının iclası keçirilib. İclasda Qırğızıstan dövlət və hökumətin nümayəndələri, ictimai-siyasi xadimlər iştirak edib.
Tədbirdə Bişkekdəki “Azəri” İctimai Birliyinin sədri, Qırğızıstanın Əməkdar Hüquqşünası Əzizağa Əliyev QXA-sı sədrinin müavini seçilib.
Xatırladırıq ki, Əzizağa Əliyev Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında iştirak edib, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvüdür.
Qeyd edək ki, Qırğızıstan çoxmillətli dövlət olduğu üçün assambleyaya 80-dən artıq xalqların nümayəndələri, 28 ictimai birlik daxildir. Bu da 6 milyonluq Qırğızıstan əhalisinin 27,4 faizini təşkil edir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek