DÜNYA


Bişkekdəki təyyarə qəzası nəticəsində ölənlərin sayı 42-yə çatıb

Bişkek, 16 yanvar, АZƏRTAC

Bişkekdəki “Manas” Beynəlxalq Aeroportu yaxınlığında Türkiyənin AST şirkətinə məxsus Boeing 747-400 yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 42-yə çatıb. Ölənlərin 37-si təyyarə düşən qəsəbənin sakinləri, 5-i ekipaj üzvüdür. Qəza nəticəsində ciddi xəsarət alan 11 nəfər xəstəxanalara yerləşdirilib.

Qırğızıstan Baş nazirinin birinci müavini, qəza ilə bağlı yaradılan Hökumət Komissiyasının rəhbəri Muxammedkalıy Abulqaziyev deyib ki, ilkin məlumata görə, təyyarə hava şəraitinin pis olması və ekipajın vəziyyəti düzgün qiymətləndirə bilməməsi səbəbindən qəzaya uğrayıb.

M.Abulqaziyev bildirib ki, təyyarənin ekipajı bu gün səhər saat 07:17 dəqiqədə yanacaq götürmək üçün dispetçerdən icazə istəyib. İcazə verilib və bir müddətdən sonra qəza baş verib. Bu təyyarədən bir az əvvəl sərnişin təyyarəsi aeroporta enib.

Qəza yerində axtarış-xilasetmə tədbirləri davam edir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.