ELM VƏ TƏHSİL


“Bitki ekologiyası” kitabı çapdan çıxıb

Bakı, 21 iyun, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Nəbatat Bağının ağac və kol bitkiləri laboratoriyasının müdiri Elman İsgəndərin “Bitki ekologiyası” kitabı çap olunub.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kitabda bitkilərin müxtəlif şəraitlərdə bioekoloji xüsusiyyətləri və fərqli ekoloji amillərə qarşı büruzə verdikləri əlamətlər əksini tapıb.

Ekoloji anlayışlar, biotik və abiotik amillərin bitkilərin morfologiyasına və fizioloji proseslərinə təsiri, ətraf mühitlə bitkilər arasında qarşılıqlı əlaqə, bitkilərdə ekoloji həyat tsikli, ətraf mühitin mühafizəsi, bioloji məhsuldarlıq, ekoloji çirklənmə, kosmik tədqiqatların ekoloji problemlərin həllində rolu, Azərbaycanın nadir bitkiləri və s. mövzuları əhatə edən kitab bitki ekologiyası ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.