CƏMİYYƏT


Bitki və heyvan növlərinin elektron məlumat bazası yaradılacaq

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

Azərbaycanda bitki və heyvan növlərinin inventarlaşdırılması aparılacaq və elektron məlumat bazası yaradılacaq.

AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”da əksini tapıb.

Milli Strategiyaya əsasən, fauna və flora növlərinin inventarlaşdırılması və vahid məlumat bazasının yaradılması 2017-2020-ci illər ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.