CƏMİYYƏT


“Biz zorakılığa yox deyirik!” həftəsinə başlanılıb

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC

25 noyabr – Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri “Biz zorakılığa yox deyirik!” həftəsinə start verib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, mərkəzlər həftə ərzində bir sıra silsilə maarifləndirici tədbirlər həyata keçirirlər.

Tədbirlərin məqsədi qadınlara onların hüquqları, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu, məişət zorakılığına gətirib çıxaran səbəblər, zorakılığın qarşısının alınması yolları barədə məlumat vermək, cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.