MƏDƏNİYYƏT
“Bizim evin qonaqları” layihəsi çərçivəsində növbəti görüş
Bakı, 19 oktyabr, AZƏRTAC
Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin H.Sarabski adına Mədəniyyət evinin “Bizim evin qonaqları” layihəsi çərçivəsində növbəti görüş Milli Məclisin deputatı Qənirə Paşayevaya həsr olunub.
Mədəniyyət evindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə qonağa həsr olunmuş videoçarx nümayiş edilib.
Tədbirdə mədəniyyət evinin direktoru Tərlan Akçay Q.Paşayevanın yaradıcılığından və ictimai fəaliyyətindən söhbət açıb.
İncəsənət ustalarının ifasında Q.Paşayevanın şeirləri və sözlərinə yazılmış mahnılar səsləndirilib.
Mərasim iştirakçılarının suallarını cavablandıran müəllif kitablarını öz imzası ilə oxuculara təqdim edib.
Sonda Mədəniyyət evinin yaradıcı kollektivi adından müəllifə təşəkkürnamə təqdim olunub.