CƏMİYYƏT


Biznes mühitində əlverişli mühitin yaradılması məqsədilə əmr imzalanıb

Bakı, 4 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin 2016-cı il 13 iyul tarixli “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nın icrasını təmin etmək, eləcə də ölkənin investisiya cəlbediciliyinin gücləndirilməsi üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi istiqamətində səhiyyə sahəsində zəruri tədbirlərin davam etdirilməsi məqsədilə Səhiyyə Nazirinin əmri ilə Fəaliyyət Planı təsdiq edilib.

AZƏRTAC-ın nazirliyin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, Fəaliyyət Planına sağlamlıq imkanları məhdud olanların həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılmasına dair, sosial müdafiə sisteminin təkmilləşdirilməsi, ətraf mühitə mənfi təsirin neytrallaşdırılması məqsədilə təkliflərin, ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olunması, istehsal və xidmət müəssisələrinin sertifikatlaşdırılmasının stimullaşdırılması məqsədilə təkliflərin hazırlanması daxildir.

Fəaliyyət Planına gömrük rəsmiləşdirilməsi zamanı təqdim edilməsi tələb olunmayan sənədlərə dair təkliflərin hazırlanması və müvafiq qaydada icrası, gömrük bəyannaməsi ilə birgə təqdim edilməli olan sənədlərin həqiqiliyinin gömrük orqanları tərəfindən yoxlanılması məqsədilə həmin sənədləri vermək səlahiyyəti olan qurumların elektron baza serverlərinə müvafiq qaydada giriş hüququnun təsbit olunması kimi bir sıra məsələlər də daxil edilib.

Sənəddə, həmçinin səhiyyə sahəsində görüləcək işlər barədə tədbirlər müəyyənləşdirilib. Malyariyaya görə endemik olan ölkələrdən olan turistlər, eləcə də həmin ölkələrdən gələn xarici vətəndaşlar üzərində nəzarətin təmin edilməsi, vərəm xəstəliyinin profilaktikası, müalicəsi və kadrların hazırlanması, QİÇS-ə yoluxmuş xəstələrin antiretrovirus terapiyasına cəlb edilməsi və digər aktual məsələlər əks olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.