DÜNYA


“BlackBerry” smartfon istehsalından imtina edib

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

Kanadanın “BlackBerry” şirkəti smartfon istehsalının dayandırılmasını elan edərək xidmət və proqram təminatının yaradılması ilə məşğul olmağa qərar verib.

“Biz öz strategiyamızda dönüş anına yaxınlaşırıq, maliyyə əsaslarımız güclüdür və proqram təminatı ilə məşğul olmağa qərar vermişik”, – deyə “BlackBerry” şirkətinin baş direktoru Con Çen bildirib.

AZƏRTAC “dailycomm.ru” saytına istinadən xəbər verir ki, baş direktorun sözlərinə görə, şirkət bu tədbirlər sayəsində kapitala olan tələbi azaltmağı və investisiyalardan gəlir əldə edilməsini yüksəltməyi nəzərdə tutur.

“BlackBerry” brendinə məxsus smartfonlar bazarda mövcud olacaq, amma şirkət bu qurğuları özü hazırlamayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.