Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Blokadada yaşayan Naxçıvanda yüksək iqtisadi inkişaf Heydər Əliyev yolunun möhtəşəm təntənəsidir

Naxçıvan, 12 yanvar, AZƏRTAC

Dünyada baş verən aramsız geosiyasi gərginliklərin və qlobal risk amillərinin şaxələnməsi, maliyyə böhranın yeni məcrada inkişafı fonunda sosial-iqtisadi inkişaf tendensiyasını qoruyub saxlamaq, yeni-yeni nailiyyətlər qazanmaq yalnız həyata keçirilən düşünülmüş və elmi əsaslara söykənin siyasət nəticəsində mümkündür. Bu mənada yüksək potensiala malik olan Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin təməlini qoyduğu elmi əsaslara söykənən inkişaf strategiyasına əsaslanan alternativsiz siyasi xəttin uğurla davam etdirilməsi, bütün dövlət proqramlarının, infrastruktur layihələrinin reallaşdırılması, lazımi islahatların vaxtında aparılması uğurlu nəticələr əldə olunmasına şərait yaradıb, irimiqyaslı quruculuq, abadlıq işlərinin davam etdirilməsinə, kənd təsərrüfatı, sənaye sahəsi də daxil olmaqla, bütün istiqamətlərdə yeni-yeni uğurların qazanılmasına rəvac verib. “Kənd təsərrüfatı ili” elan olunan 2015-ci ilin son ayı da bu baxımdan əlamətdar olub.

Tarixi xilaskarlıq missiyasını həyata keçirərək muxtar respublikamızı və ölkəmizi qaranlıqlardan, təhlükələr girdabından qurtaran, aydınlığa çıxaran Ümummilli Liderin siyasi məktəbinin layiqli məzunları bu gün Azərbaycan xalqı ilə birlikdə türk dünyasının böyük oğlunun əziz xatirəsini daim yad edir, onun irsinin təbliğinə xüsusi diqqət yetirirlər. Hər il olduğu kimi, ötən il dekabrın 12-də də müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin əziz xatirəsi ölkəmizin hər yerində, o cümlədən Naxçıvan Muxtar Respublikasında dərin ehtiramla yad edilib. Həmin gün minlərlə insan səhər saatlarından başlayaraq Naxçıvan şəhərinin Heydər Əliyev prospektində dahi şəxsiyyətin əzəmətlə ucalan abidəsini ziyarət edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyub, xalqımızın böyük oğlunun xatirəsini ehtiramla yad edib.

Ötən il dekabrın ilk günü muxtar respublika üçün tarixi əhəmiyyətli günlər sırasına daxil olub. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev muxtar respublikaya səfərə gəlib. Ulu öndər Heydər Əliyevə sıx bağlılığı, dərin sədaqəti ilə seçilən naxçıvanlılar dahi şəxsiyyətin yolunu uğurla davam etdirən, müasir Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərən, ölkəmizi dünyanın aparıcı dövlətləri səviyyəsinə yüksəldən dövlət başçımızı böyük sevgi və rəğbətlə qarşılayıb, bununla həm də onun həyata keçirdiyi daxili və xarici siyasəti yekdilliklə dəstəklədiklərini bir daha ifadə ediblər.

Dekabrın 1-də dövlətimizin başçısı Naxçıvan Beynəlxalq Hava Limanının “Şərq Terminalı” ilə tanış olub. Azərbaycan Prezidenti Naxçıvana səfəri çərçivəsində yenidən qurulmuş Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun, Babək rayonunun Nehrəm kənd 2 saylı tam orta məktəbinin, Naxçıvan şəhər 2 saylı uşaq musiqi məktəbinin, Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Naxçıvan Sənaye Kompleksinin, Naxçıvan Günəş Elektrik Stansiyasının açılışında, Naxçıvan şəhərdaxili su şəbəkəsinin istifadəyə verilməsi mərasimində iştirak edib.

Naxçıvan hazırda inkişafının keyfiyyətcə yeni dövrünü yaşayır. Bu gün ölkəmizin, o cümlədən muxtar respublikamızın əhalisi görülən işlərin bəhrəsini gündəlik həyatlarında hiss edir. Kənd təsərrüfatına göstərilən diqqət təsərrüfatçılıq ənənələrinin inkişafına rəvac verib. Bu da, öz növbəsində, əhalinin məskunlaşmasına şərait yaradıb. Təsadüfi deyil ki, bu gün Naxçıvanın əhalisinin sayı artaraq 450 min nəfərə çatıb. Ölkə başçısının qeyd etdiyi kimi, əhalinin artımı, əlbəttə ki, bizi daha da gücləndirir, eyni zamanda, yeni inkişafı da şərtləndirir. Çünki artan əhali artan iş yerləri, yeni sənaye müəssisələri deməkdir. Muxtar respublikada yeni iş yerlərinin açılması isə insanların yurda bağlılığını artırır.

Muxtar respublikada görülən işləri, həyata keçirilən tədbirləri yüksək qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Naxçıvanın inkişafı daim diqqət mərkəzindədir. Naxçıvan rəhbərliyi çox uğurla, səmərəli işləyir. Naxçıvanın siması dəyişir. Bu gün Naxçıvan nəinki Azərbaycanda, bölgədə, dünya miqyasında ən abad şəhərlərdən biridir. Təkcə şəhərdə yox, bütün bölgələrdə də quruculuq, inkişaf işləri gedir. Bu gözəl uğurlar münasibətilə sizi təbrik edirəm. Sizə yeni uğurlar, qələbələr arzulayıram”.

Son illər muxtar respublikada gömrük infrastrukturu müasir tələblər səviyyəsində qurulub. Beynəlxalq standartlar və yerli şərait nəzərə alınmaqla Naxçıvan, Culfa, Şahtaxtı və Naxçıvan Beynəlxalq Hava Limanında gömrük idarələri üçün müasir komplekslər istifadəyə verilib. Hazırda Sədərək sərhəd gömrük buraxılış məntəqəsində müasir tələblərə cavab verən kompleksin tikintisi davam etdirilir. Ötən il dekabrın 4-də “Naxçıvanterminalkompleks” Birliyi üçün yeni inzibati bina və anbar kompleksinin istifadəyə verilməsi də muxtar respublika gömrük sistemində müasir infrastrukturun qurulması sahəsində görülən işlərin davamıdır.

Bu tikililərin istifadəyə verilməsi strateji əhəmiyyətə malik olan muxtar respublikamızın çox mühüm bir prosesə hazırlığının tərkib hissəsidir. Çünki Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi və tarixi İpək Yolunun canlanması ilə birlikdə Naxçıvan beynəlxalq nəqliyyat dəhlizi rolunu oynayacaqdır. Bu barədə danışan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Naxçıvan Muxtar Respublikasının yerləşdiyi ərazi bu gün olduğu kimi, gələcəkdə də xarici ticarət əlaqələrinin təşkilində “Naxçıvanterminalkompleks” Birliyinin əhəmiyyətini artırır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi, Azərbaycanla qonşu ölkələr arasında dəmir yollarının birləşdirilməsi haqqında aparılan danışıqlar, eyni zamanda tarixi İpək Yolunun bərpa olunması onu deməyə əsas verir ki, gələcəkdə Naxçıvan tranzit yer kimi seqment rolunu öz üzərinə götürəcəkdir. Bu prosesə indidən hazırlaşmaq, müasir infrastruktur yaratmaq lazımdır. Son illər Culfa şəhərində müasir gömrük kompleksi tikilib istifadəyə verilmişdir. Hazırda Sədərəkdə yeni gömrük kompleksi tikilir. Bu gün Culfa şəhərində “Naxçıvanterminalkompleks” Birliyi üçün yeni kompleksin istifadəyə verilməsi isə gələcəkdə xarici ticarətdə Naxçıvanın seqment rolunu oynaması üçün geniş imkanlar yaradır”.

Tarixən aqrar region kimi tanınan muxtar respublikamızın yeraltı və yerüstü sərvətlərindən, münbit torpaqlarından səmərəli istifadə olunması məqsədilə müstəqillik illərində çox mühüm layihələr həyata keçirilib. Bu gün muxtar respublikada formalaşmış təsərrüfatçılıq ənənələri inkişaf etdirilir, ərzaq təhlükəsizliyi və meyvə-tərəvəzçiliyin inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramları uğurla icra olunur. Ötən “Kənd təsərrüfatı ili”ndə kənd təsərrüfatının inkişafını nəzərdə tutan dövlət proqramlarının uğurlu icrası, bu sahəyə dövlət büdcəsindən subsidiyaların ayrılması, rentabelli suvarma şəbəkələrinin qurulması hesabına torpaq sahələrinin dayanıqlı su təminatının yaradılması təsərrüfatçılara yeni stimul verib, muxtar respublikada əkinçiliyə, həmçinin kənd təsərrüfatının digər sahələrinə marağın artmasına səbəb olub. Ötən ayın 8-də Vayxır sol sahil suvarma və drenaj şəbəkəsinin açılışının gerçəkləşməsi də bu istiqamətdə görülən məqsədyönlü işlərin davamlı xarakter aldığının göstəricisidir.

Böyük iqtisadi əhəmiyyəti olan bu layihənin reallaşdırılması nəticəsində Babək rayonu Nehrəm kəndinin 1170 hektar və Culfa rayonu Bənəniyar kəndinin 1050 hektar olmaqla, ümumilikdə 2220 hektar torpaq sahəsində müasir suvarma sistemi qurulub.

Onu da deyək ki, 1974 təsərrüfata məxsus pay torpaqlarını və 450 hektar bələdiyyə torpaqlarını əhatə edən bu sahədə suyun olmaması və şoranlaşma uzun illər burada əkin işlərinin aparılmasına, bol məhsul istehsalına imkan vermirdi. Bu gün isə müasir suvarma və drenaj sistemi qurulub, yəni torpaqlardan səmərəli istifadə üçün hərtərəfli şərait yaradılıb. Həyata keçirilən bu layihə iqtisadi əhəmiyyəti ilə yanaşı, həm də ölkəmizdə insanların həyat şəraitinin yaxşılaşdırılması üçün aparılan işlərin tərkib hissəsidir. Çünki torpaqları əkməklə bol məhsul istehsal ediləcək və bu da insanların dolanışığını daha da yaxşılaşdıracaq.

Bu gün şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də quruculuq-abadlıq işlərinin ən müasir memarlıq üslubu ilə aparılması muxtar respublikanın simasını tamamilə dəyişib. Yeni kənd və xidmət mərkəzlərinin, abad yolların, məktəb binalarının və səhiyyə müəssisələrinin tikintisi müasir Naxçıvanın inkişaf göstəricisinə çevrilib. Artıq şəhərdə yaradılan müasir infrastruktur kəndlərdə də qurulub. Bu, həm də əhalinin yaşayış şəraitini, rifah halının yaxşılaşmasına göstərilən qayğının təzahürüdür. Məhz bu qayğının nəticəsində bu gün muxtar respublikanın ən ucqar kəndlərində də inkişaf və tərəqqinin şahidi oluruq. Kənd adamları yaradılan şəraitdən ruhlanaraq təsərrüfatlarını daha da genişləndirir, muxtar respublikanın inkişafına öz töhfələrini verirlər.

Son illər muxtar respublikanın ən böyük yaşayış məntəqəsi olan Şərur rayonunda da insanların rahat yaşayışı üçün lazımi infrastruktur yaradılıb. Bu tədbirlərdən Axaməd kəndinə də pay düşüb, ötən il kənddə kompleks quruculuq işləri aparılıb. Dekabrın 14-də burada kənd yolunun, 192 yerlik kənd tam orta məktəbinin, kənd və xidmət mərkəzlərinin açılışı olub.

Axaməd kənd tam orta məktəbində bu cür müasir şəraitin yaradılması gənclərimizin daha bilikli, dünyagörüşlü və xüsusən vətənpərvər böyüdülməsinə şərait yaradır. Reallıq budur ki, Vətən sevgisi olmayan bilikli insanın ölkəyə heç bir faydası yoxdur. Vətənpərvər insan bilikli olduqda isə öz el-obasına can yandırır, biliyini, bacarığını bu istiqamətə yönəldir, Vətənə fayda verir. Vətən sevgisi, yurd təəssübü gənc nəslin milli mənlik şüurunun inkişafında əsas aspektləri müəyyənləşdirir. Bu hisslər insanı qəhrəmanlığa, fədakarlığa, məğlubedilməzliyə kökləyir, özünə inamı artırır. Başlıcası isə mənsubiyyətinlə öyünürsən, haradan gəlib, hara getdiyini bilirsən. Bu baxımdan ulu öndər Heydər Əliyev milli mənəvi dəyərləri, vətənpərvərlik tərbiyəsini hər bir zaman üçün vacib amil sayırdı.

Vətənpərvərlik konkret əməli işə söykənəndə, fədakar addımlarla müşayiət olunanda daha möhtəşəm təsir bağışlayır. Axaməd və onun kimi onlarla kəndlərimiz də məhz Vətən sevgisini, vətənpərvərliyi əməli işdə göstərən ölkə rəhbərinin qayğısı və diqqəti sayəsində abadlaşıb.

Beş minillik şəhər mədəniyyətinə malik olan Naxçıvan şəhərinin tarixi bu gün qədim tikililərdə və tarixi abidələrdə yaşayır. Vaxtilə Naxçıvan şəhərində inşa olunan zəngin tərtibatlı hamamlar tarixi-memarlıq abidələri kimi mədəniyyətimizin nadir inciləri sırasına daxil olub. Bu gün də Naxçıvan şəhərində ictimai mədəni xidmət obyektlərinin inşasına xüsusi diqqət yetirilir. Naxçıvanın paytaxt şəhəri olması və burada 10 minə yaxın tələbənin təhsil alması yeni mədəni xidmət obyektinin – hamamın tikintisini zərurətə çevirib. Dekabrın 17-də Naxçıvan şəhərinin Əlincə məhəlləsində Şərq hamamının istifadəyə verilməsi, məhz bu zərurətdən irəli gəlirdi.

Dekabrın 22-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilib. Sessiyada 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin təsdiq edilməsi, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin təsdiq edilməsi məsələləri müzakirə edilib, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı dinlənilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2015-ci ildə muxtar respublikanın sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzə edib. Burada qeyd olunan faktlar 2015-ci ildə də Naxçıvanın böyük nailiyyətlər əldə etdiyini deməyə əsas verir. Belə ki, iqtisadi inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsulun həcmi ötən illə müqayisədə 1,7 faiz artaraq 2 milyard 465 milyon manatdan çox olub. Onun hər bir nəfərə düşən həcmi isə 5 min 600 manata yaxın olub. Yeni istehsal sahələrinin sayının artması və əhatə dairəsinin genişlənməsi nəticəsində bu gün muxtar respublikada 361 növdə məhsul istehsalı həyata keçirilir. Artıq 107-si ərzaq, 236-sı qeyri-ərzaq olmaqla, 343 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına təmin etmək mümkündür. 2015-ci ildə yeni yaradılan 2908 iş yerindən 2837-si və ya 98 faizi daimi iş yeridir. “Kənd təsərrüfatı” ilində muxtar respublikada 106 min 282 ton taxıl, 82 min 16 ton tərəvəz, 45 min 43 ton kartof, 38 min ton bostan məhsulları, 66 min 465 ton meyvə və giləmeyvə istehsal olunub. Bu da 1995-ci ildəki göstəriciləri müvafiq olaraq 4,5 dəfə, 63,1 dəfə, 112,5 dəfə, 95 dəfə və 3,5 dəfə üstələyib.

Ali Məclisin Sədri muxtar respublikada görülən işlərin əsas məqsədinin əhalinin rifah halının yaxşılaşdırılması olduğunu vurğulayaraq deyib: “Cari ildə də muxtar respublikada qarşıya qoyulmuş başlıca vəzifələr maliyyə vəsaitlərindən səmərəli istifadə etməklə əhalinin sosial-rifah halının yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin daha keyfiyyətlə aparılması, təhsil, səhiyyə müəssisələrinə diqqətin artırılması, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğun qurulmasından ibarət olmuşdur. Əldə olunmuş nəticələr, müəyyən edilmiş hədəflərə nail olmağımız muxtar respublikamızda dinamik inkişaf səviyyəsinin saxlandığını bir daha sübut edir”.

Son illər sosial qayğıya ehtiyacı olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlara nəqliyyat vasitələrinin verilməsi həyata keçirilən sosial tədbirlər içərisində xüsusi yer tutur. Dekabrın 24-də Naxçıvan şəhərində 4 şəhid ailəsinə və 2 sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına mənzil, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 2 nəfərə və 4 Azərbaycan Vətən Müharibəsi veteranına “NAZ Lifan-320” markalı minik avtomobili təqdim edilib.

Göründüyü kimi, bu gün muxtar respublikada insan amili həyata keçirilən işlərin, çoxşaxəli islahatların başlıca hədəfidir. Əhalinin rahat yaşayışının təmin olunması, xüsusilə insanların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində bu gün də ardıcıl tədbirlər görülür. Gündən-günə öz görkəmini dəyişən paytaxt Naxçıvan şəhərində də bu məsələ daim diqqət mərkəzində saxlanılır. Görülən işlərin davamı olaraq, dekabrın 28-də Naxçıvan şəhərinin Atatürk küçəsində 9 mərtəbəli yeni yaşayış binasının açılışı olub.

Bu gün hərbçilərimizin sosial və məişət şəraitinin yaxşılaşdırılması, həyat səviyyəsinin daha da gücləndirilməsi sahəsində dövlət rəhbərliyinin həyata keçirdiyi tədbirlər ordu quruculuğu işinin əsas prioritet məsələlərindəndir. Bu tədbirlər hərbçilərin, demək olar ki, bütün təbəqələrini əhatə edir. Muxtar respublikamızda aparılan quruculuq işləri zamanı zabit ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da dövlət siyasətimizin tərkib hissəsidir. Bu çərçivədə dekabrın 24-də Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan şəhərindəki hərbi şəhərciyində zabit ailələri üçün 6 mərtəbəli və 68 mənzildən ibarət olan yeni xidməti yaşayış binası istifadəyə verilib.

Açılış tədbirində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov zabit ailələrini yeni mənzillərlə təmin olunmaları münasibətilə təbrik edərək deyib: “Ölkəmizdə ordu quruculuğu sahəsində ardıcıl tədbirlər həyata keçirilir, müstəqil dövlətimizin qarantı olan ordumuza hərtərəfli dövlət qayğısı göstərilir. Ordumuz günü-gündən möhkəmlənir, lazım olan silah-sursatla təmin olunur, əsgəri-məişət kompleksləri tikilir, zabit ailələri yeni mənzillərlə təmin olunurlar. Ölkəmizdə dövlət qayğısı ilə yanaşı, həm də ordu-xalq birliyi vardır və dövlət-ordu-xalq birliyi ayrılmazdır. Bunun nəticəsidir ki, hər bir əsgər və zabit həm dövlətimiz, həm də xalqımız tərəfindən hörmət və qayğı ilə əhatə olunmuşdur. Bu gün zabit ailələri üçün istifadəyə verilən yeni yaşayış binası muxtar respublika əhalisinin ödədiyi vergi və dövlət büdcəsinə qənaət hesabına tikilmişdir. Müasir səviyyədə qurulmuş, lazımi mebel və avadanlıqlarla təmin olunmuş binanın tikintisinə 3 milyon manat vəsait sərf olunmuşdur”.

Ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində apardığı uğurlu siyasətin davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qədim diyarımızda yerləşən ordu, birləşmə və hərbi hissələri qısa zaman kəsiyində əməliy¬yat-taktiki baxımdan regionun yüksək döyüş hazırlığına malik, ən mobil və ən intizamlı silahlı qurumuna çevrilib. Bu baxımdan Naxçıvan Muxtar Respublikasının hərbi təhlükəsizlik sistemi çox yüksək səviyyədə təmin olunub, Əlahiddə Ümumqoşun Ordu düşmənlə sərhəddə etibarlı müdafiə sistemi qurub.

Muxtar respublika rəhbəri əsgər və zabitlərimizə daim diqqət göstərir, onların xidmət şəraiti ilə maraqlanır. Bayram günlərində əsgərlərlə görüşlərin keçirilməsi, xüsusilə dağ və sərhəd kəndlərində xidmət edən əsgər və zabitlərə bayram sovqatlarının aparılması ənənə halını alıb. Dekabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən Şahbuz rayonunun Şada kəndindəki hərbi hissəyə gəlib, əsgər və zabitlərlə görüşüb.

Həmin gün Naxçıvan Muxtar Respublikasının ərazisində qar yağmasına və çovğun ehtimalının artmasına baxmayaraq, Ali Məclis Sədrinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl ərəfəsində hərbi hissəyə gəlməsi Vətənin keşiyində ləyaqətlə dayanan igid əsgərlərimizin böyük sevincinə səbəb olub.

Bu sevinci muxtar respublika sakinləri, əsgər valideynləri ilə birlikdə həm də Şadada Vətənə ləyaqətlə xidmət edən zabitlərin ailələri də yaşayıb. Dekabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hərbçi ailələri ilə görüşüb, onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov düşmənlə üz-üzə dayanan Şada kəndindəki tam orta məktəbdə də olub.

Ötən ilin yekunlarını bir daha təhlil edərkən məlum olur ki, Naxçıvan Muxtar Respublikası dövlət vəsaitindən daha böyük inkişafa xidmət göstərmək baxımından həmişə yaradıcılıqla və maksimum qənaətlə istifadə etməyin, mümkün qədər çox və keyfiyyətli işlər həyata keçirməyin nümunəsini göstərib. Naxçıvanın daxili imkanlarından, ehtiyatlarından, iqtisadi əlaqələrindən əldə olunan resurslar da ardıcıl olaraq böyük inkişafa və sosial rifahın daha da yaxşılaşdırılmasına ünvanlanıb. Burada böyük quruculuq proseslərinin əsas hərəkətverici qüvvəsi olan insan amilinin, mənəviyyat faktorunun, məsuliyyət duyğusunun da əsas prinsiplər səviyyəsində formalaşması inkişafa dərin ictimai məzmun gətirib.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev