Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Bloomberg”in 2017-ci il proqnozları: “Brexit”dən “Frexit”ə doğru

“Bloomberg”in 2017-ci il proqnozları: “Brexit”dən “Frexit”ə doğru

Dünyanın analitik mərkəzləri və agentlikləri qlobal siyasətdə baş verə biləcək prosesləri öncədən təxmin etməyə çalışır və bu zaman fərqli, bəzən də bir-birini təkzib edən qənaətlərə gəlirlər. Ancaq burada rasional bir məqam vardır ki, bu da mütəxəssislərin gözlənilən hadisələr barədə fikirlərinin məntiqi əsaslara söykənməsidir. Belə olduqda, dövlətlər və cəmiyyətlər müəyyən risklərə və təhlükələrə hazır olmağa cəhd edirlər. Bu isə son nəticədə müsbət haldır. Amerikanın “Bloomberg” agentliyinin 2016-cı il üçün verdiyi iki proqnoz özünü doğruldandan sonra ona olan mütəxəssis marağı daha da artdı. Qeyd edilən agentliyin 2017-ci il üçün proqnozları bu baxımdan ekspertlərin diqqətini çəkib. Analitiklər onları müxtəlif aspektlərdən şərh edirlər. Onların bir sıra mülahizələri və qənaətləri ilə razılaşmamaq olar. Ancaq bütövlükdə qlobal geosiyasətə sirayət edə biləcək siyasi məqamların həmin proqnozlarda və onlara verilən şərhlərdə yer aldığını da etiraf etməliyik. Bu kontekst üzərində geniş dayanmağa ehtiyac görürük.

Üç böyük risk: Qərbi gözləyən təhlükələr

İndi çoxlu sayda “beyin mərkəzləri” geosiyasi proqnozlar verirlər. Onların hamısının ciddi arqumentlərə əsaslandığını demək çətindir. Xüsusilə müəyyən dairələrin təsiri altında olanlar özlərinə sərf edən proqnozları verirlər. Ancaq özünü doğruldan proqnozlar irəli sürən mərkəzlər də az deyildir. Onların sırasında ABŞ-ın “Bloomberg” agentliyi də var. Bu təşkilatın 2016-cı il üçün verdiyi proqnozlardan ikisi – “Brexit” və D.Trampın qalib gələcəyi özünü doğrultdu. Bu faktlar mütəxəssislərin agentliyə olan marağını artırıb. Qərb mətbuatı “Bloomberg”in 2017-ci il üçün proqnozlarını geniş şəkildə təhlil edir. Orada bizim üçün də maraq doğuran bir sıra məqamlar mövcuddur.

“Bloomberg”in proqnozları ümumilikdə pessimist adlandırılır (bax: The Pessimist`s Guide to 2017 / “bloomberg.com”, 6 dekabr 2016). Fransız analitik R.Panfili onları təhlil edərkən “pessimist bələdçi” və “az təsəlliverici” adlandırıb. Bu cür qiymətləndirmənin səbəbləri vardır. Agentliyin proqnozuna görə, dünya üçün 2017-ci ildə 3 böyük risk olacaq. Onlardan birincisi D.Trampın yeridəcəyi siyasətdir. Daxildə D.Trampa müxalif qüvvələrin fəallaşması və etiraz aksiyalarının keçirilməsi müşahidə edilə bilər. Xarici siyasətin nəticəsində isə hətta Birləşmiş Ştatlar NATO və BMT-ni tərk edə bilər. İŞİD yaranmış bu boşluqdan istifadə edərək Mərkəzi Asiyada təsir dairəsini genişləndirər, Əfqanıstanda isə faktiki olaraq hökmranlığı ələ ala bilər. Şimali Koreyanın nüvə silahı sahəsində yeni uğurlar əldə etməsi ilə ABŞ-ın Asiyadakı siyasi nüfuzu aşağı düşəcək. Bu, D.Trampı Çindən yardım istəməyə təhrik edəcək.

İkinci risk Avropa ölkələrində antiqlobalist və milliyyətçi siyasi qüvvələrin hakimiyyəti ələ keçirməsi ilə əlaqədar meydana çıxacaq. Burada ilk növbədə Fransanın adı çəkilir. Sonra Hollandiya, Almaniya və İtaliya gəlir. “Bloomberg”in proqnozuna görə, Fransada sağçı M.Le Pen prezident seçkisində qalib gələcək. Bu, “Frexit” prosesinin başlaması ilə nəticələnəcək. Yəni, Le Pen Fransanın Aİ-dən uzaqlaşmasına çalışacaq. “Brexit”dən sonra “Frexit” bütövlükdə Aİ-yə böyük zərbə vuracaq. Böyük Britaniyanın özündə də Aİ-dən uzaqlaşmaq prosesi dərinləşəcək. Baş nazir T.Meyin daha radikal siyasətçi tərəfindən əvəz edilməsi gözlənilir.

Hollandiyada ifrat sağçı G.Vildersin partiyasının parlament seçkisində qələbə qazanacağını agentlik yüksək ehtimallı hadisə adlandırır. Rəyi soruşulan mütəxəssislərin 29%-i bu fikirdədir. G.Vilders kimdir? O, sağçı Azadlıq partiyasının rəhbəridir. Onun partiyası indidən liberallarla təqribən eyni reytinqə malikdir.

Seçkilər isə 2017-ci ilin martında olmalıdır. Bu, həmin G.Vildersdir ki, 2009-cu ildə Hitlerin “Mənim mübarizəm” kitabı ilə Qurani-Kərimi müqayisə etmişdi. İslama qarşı olanlardan biri kimi tanınır. Həmin keyfiyyətinə görə onun İngiltərəyə girişi qadağan olunub. G.Vildersin siyasi platformasında seçicilərə ölkəni müsəlmanlardan təmizləmək vədi xüsusi yer tutur.

Agentliyin Almaniya ilə bağlı proqnozunda A.Merkelin bu ilin payızında keçiriləcək seçkilərdə uduzacağı yer alıb. A.Merkelin reytinqi getdikcə aşağı düşür. İctimai rəy sorğusunda daha çox yüksələn siyasətçi isə “Almaniya üçün alternativlər” partiyasının sədri F.Petridir. Bu lider Merkelin miqrantlara açıq qapı siyasətinin kəskin tənqidçisidir. O, cəmi 20000 miqrantı qəbul etmək təklifini verib. Müsəlmanların çarşab geyinməsini qadağan etmək fikrindədir. Hətta F.Petri alman sərhədçilərinə miqrantlara atəş açmaq səlahiyyətinin verilməsindən də danışır. Daha geniş kontekstdə İslamın Almaniya mədəniyyəti ilə uyğun gəlmədiyini müdafiə edir. Düşündürücüdür ki, belə radikal mövqeyi olan liderin partiyası reytinqdə 3-cü sıraya yüksəlib. Bu, alman cəmiyyətinin əhvali-ruhiyyəsinin radikallaşması əlaməti sayıla bilər ki, əsl təhlükə də elə bundan ibarətdir.

İtaliyada isə məzhəkəçi C.Qrillonun 2009-cu ildə yaratdığı “Beş ulduz” hərəkatının populyarlığı getdikcə daha da artır. O, antimüsəlman mövqedə olan komik siyasətçi olaraq tanınır. Hətta Londonun merinin müsəlman seçilməsini belə ciddi tənqid edir. O, nə vaxtsa, bu müsəlmanın Londonun mərkəzi meydanında özünü partladaraq şəhid olacağından bəhs edir. Bunu ekspertlər C.Qrillonun “bütün müsəlmanlara etibar edilməz” mövqeyində olması kimi qiymətləndirirlər. C.Qrillo həm də xeyli dərəcədə avroskeptikdir. O, Avropada inteqrasiyanı qəbul etmir. Son olaraq İtaliyanın artıq keçmiş baş naziri olan M.Rensinin vəzifəsindən getməsinin əsas səbəbkarı kimi “Beş ulduz”u göstərirlər. “Bloomberg” bütün bunlar əsasında seçkilərdə məzhəkəçi siyasətçinin qalib gələcəyini ehtimal edir.

Nəhayət, 3-cü risk mənbəyi Rusiyanın beynəlxalq arenada daha da aktivləşməsi ilə bağlıdır. Kreml hətta Kubada belə ABŞ-dan daha fəal mövqeyə malik olacaq. Bunu D.Trampın yeridəcəyi yanlış Kuba siyasəti ilə əlaqələndirən agentlik rus kəşfiyyatının “yenidən Havanada tüğyan edəcəyini” vurğulayır.

Son nəticə: risklər və qeyri-müəyyənliklər mərhələsi

Agentliyin digər proqnozlarında da neqativ məqamlar az deyil. Təbii ki, onların hamısının reallaşacağını gözləmək sadəlövhlük olardı. Hətta bəziləri absurd nəticə təsiri bağışlayır. Məsələn, Amerikanın NATO və Birləşmiş Millətlər Təşkilatını tərk etməsi ağlabatan deyil. Maraqlıdır ki, bu kimi proqnozları “Bloomberg”in özünün verdiyi başqa proqnozlar təkzib edir. Deyək ki, bir tərəfdən Amerikanın NATO və BMT-dən çəkilməsi iddia edilir, digər tərəfdən isə bu dövlətin müxtəlif regionlarda hərbi iştirakı daha effektiv səviyyəyə qaldırmasından bəhs edilir. Donald Trampın hərbi sahədə üstünlük vermək istədiyi generallar da “qırğıdırlar”. Onlar NATO-dan heç zaman uzaqlaşmağa imkan verməzlər. Əslində, Amerikanın bunun əksinə daha çox ehtiyacı vardır. Ən azından dünyada Çin və Rusiya kimi hərbi güclər daha fəal mövqe tutmağa hazırlaşırlar.

BMT-yə gəldikdə isə, bu təşkilatdakı islahatlar gündəmdədir. Onun rolunun beynəlxalq münasibətlərin tənzimlənməsində daha da artırılmasından danışırlar. İşlək beynəlxalq hüquqa ehtiyacın olduğu bir zamanda ABŞ təcrid olmaq xəttini seçməz. Hansı məntiqlə bu cür məsul bir dövrdə rəsmi Vaşinqton BMT-ni tərk edə bilər? Mümkün deyildir.

Bunlara baxmayaraq, “Bloomberg”in 2017-ci il üçün irəli sürdüyü proqnozlardan müəyyən nəticələr çıxarmaq olar. Hər şeydən əvvəl, bu ilin geosiyasi aspektdə təlatümlü və risklərlə dolu olacağını demək olar. Bütövlükdə dünyanın yeni nizamının formalaşması prosesi başa çatmaya bilər. Hətta yeni xaos mənbələri də meydana gələ bilər. Bunun fonunda regional münaqişələrin həllinə ümid azalır. Ola bilsin ki, bir sıra regionlarda, o cümlədən Cənubi Qafqazda münaqişələr daha kəskin bir fazaya keçsin. Bu isə bəzi dövlətlərin region üçün təhlükə və qeyri-müəyyənlik mənbəyi kimi qalacağı nəticəsini çıxarmağa imkan verir. Həmin sırada Ermənistanın adı birinci çəkilməlidir.

Deməli, 2017-ci ilin müstəqil siyasət yeridən ölkələr üçün mürəkkəb il olacağı gözlənilir. Milli maraqları qorumaq və təmin etmək üçün daha fəal mövqe tutmağa ciddi ehtiyac yarana bilər. Bu isə xarici siyasətdə müəyyən düzəlişlər etmək zərurətini göstərir.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO