DÜNYA
“Boeing” kompaniyası “737 MAX 9” təyyarəsinin uğurlu sınağını keçirib
Bakı, 14 aprel, AZƏRTAC
Amerikanın “Boeing” kompaniyası yeni “737 MAX 9” təyyarəsini uğurla sınaqdan keçirib. Bu barədə məlumat korporasiyanın saytında yerləşdirilib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, yeni laynerdə əvvəlki “MAX 8 “modelinə nisbətən 16 sərnişin yeri artıqdır. Bununla yanaşı, onun daha qənaətcil olduğu bildirilir. Uçuş məsafəsi 6,5 min kilometr təşkil edən və sürəti saatda 842 kilometrə çatan təyyarə ümumilikdə 178 sərnişin daşıya biləcək.
Yeni təyyarənin 2018-ci ildə istifadəyə veriləcəyi gözlənilir. Buna baxmayaraq, indiyədək bütün dünya üzrə 90-a yaxın kompaniya ümumilikdə 3,7 min təyyarə üçün ilkin sifarişlər verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [21:18]
Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib
- 08.05.2024 [21:17]
Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq
- 08.05.2024 [20:55]
Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir
- 08.05.2024 [19:29]
Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib
- 08.05.2024 [19:05]
Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb
- 08.05.2024 [18:10]
Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb
- 08.05.2024 [18:07]
Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək
- 08.05.2024 [17:15]