DÜNYA
Boeing son 35 ildə ilk dəfə olaraq İran aviaşirkəti ilə müqavilə bağlayıb
Bakı, 24 oktyabr, AZƏRTAC
ABŞ-ın Boeing təyyarə istehsalçısı kompaniyasının İran Air aviaşirkətinə ehtiyat hissələri satacağı barədə məlumat yayıb.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, bu, 1979-cu ildən bəri Amerika təyyarə istehsalçısı ilə İran şirkəti arasında bağlanmış ilk müqavilədir. Kiçik sövdələşmədən cəmi 12 000 dollar gəlir götürən Boeing kompaniyasının gələcəkdə İranla yeni müqavilələrin bağlayacağı gözlənilir.
Sövdələşmə 2013-cü ilin noyabr ayında İranın nüvə proqramına beynəlxalq nəzarət haqqında danışıqlardan sonra bu ölkəyə tətbiq olunan iqtisadi sanksiyaların bir qədər yumşalmasından sonra baş tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]