MƏDƏNİYYƏT


Boğaziçi festivalında nümayiş olunacaq filmlərin qeydiyyatına başlanılıb

Bakı, 28 iyul, AZƏRTAC

Noyabrın 17-26-da İstanbulda keçiriləcək beşinci Beynəlxalq Boğaziçi film festivalında nümayiş olunacaq filmlərin qeydiyyatına başlanılıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla məlumat verir ki, qeydiyyat festivalın “Milli tammetrajlı film müsabiqəsi” və “Milli qısametrajlı film müsabiqəsi” nominasiyaları üzrə aparılır. Eyni zamanda, festivalda “Ən yaxşı film”, “Ən yaxşı rejissor”, “Ən yaxşı kişi ifaçı”, “Ən yaxşı qadın ifaçı”, “Ən yaxşı ssenari” və digər nominasiyalar üzrə da mükafatlar veriləcək.

Son müraciət tarixi sentyabrın 15-dək olan müsabiqənin əsasnaməsi və müraciət formaları festivalın internet səhifəsində (www.bogazicifilmfestivali.com) yerləşdirilib.

Ölkəmiz sonuncu dəfə festivalda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə çəkilən “Nabat” bədii filmi ilə təmsil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.