İDMAN


Boks üzrə Azərbaycan milli komandalarının baş məşqçilərinin adları açıqlanıb

Bakı, 11 yanvar, AZƏRTAC 

Boks üzrə Azərbaycan milli komandalarının baş məşqçilərinin adları açıqlanıb.

Federasiyadan AZƏRTAC-a bildiriblər ki, kişilərdən ibarət əsas yığma komanda Leonid Layinskiyə tapşırılıb. Nəriman Abdullayev komandada böyük məşqçi funksiyasını davam etdirəcək.

Gənclərdən ibarət yığma komanda Vaqif Şirinova həvalə edilib. Yeniyetmə boksçularımızı isə yenə Vaqif Kazımov çalışdıracaq.

Qadınlardan ibarət milli komandamız sonuncu Avropa çempionatında olduğu kimi, Elbrus Rzayevin rəhbərliyi ilə hazırlıq keçəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.