İDMAN


Boks üzrə Azərbaycan millisi dünya  çempionatının hazırlığına başlayıb

Bakı, 18 iyul, AZƏRTAC 

Kişi boksçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışına start verilib.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən xəbər görə, Avropa çempionatından sonra istirahətdə olan komandamız Bakıda bir araya gəlib.

Avqustun 25-dən sentyabrın 3-dək Almaniyanın Hamburq şəhərində baş tutacaq dünya çempionatına hesablanan hazırlığın ilk mərhələsi iyulun 23-də başa çatacaq. Boks Mərkəzində təşkil olunan ilkin mərhələdə əsasən fiziki məşqlərə üstünlük veriləcək.

Təlim-məşq toplanışına 5-i mundiala qatılacaq boksçu olmaqla 10 idmançı cəlb edilib.

Qeyd edək ki, dünya çempionatında yığmamızın şərəfini Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) qoruyacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.