İDMAN
Boks üzrə “Böyük İpək Yolu” turnirinin dördüncü gününün gündüz seansının nəticələri məlum olub
Bakı, 18 aprel, AZƏRTAC
“Baku Crystal Hall”da keçirilən boks üzrə “Böyük İpək Yolu” turnirinin dördüncü gününün gündüz seansı başa çatıb.
AZƏRTAC xəbər verir ki, ilk Avropa Oyunlarına hazırlıq xarakterli turnirin dördüncü günündə Azərbaycanın 9 idmançısı rinqə çıxıb.
“Bakı-2015” birinci Avropa Oyunlarının sınaq yarışları kimi keçirilən turnirdə idmançılarımızdan Tayfur Əliyev (56 kq), Lorenso Sotomayor (64 kq), Xaybulla Musalov (75 kq), Teymur Məmmədov (91 kq) qalib gəliblər. Digər idmançılardan isə Tinko Banabakov (49 kq, Fransa), Bator Saqaluyev (49 kq, Rusiya), Samuel Kistoxuri (56 kq, Fransa), Hassan Amzil (64 kq, Fransa), Yerik Aljanov (75 kq, Qazaxıstan), Keser Seyda (75 kq, Türkiyə) uğur qazanıblar.