REGİONLAR
Boks üzrə muxtar respublika birinciliyi başa çatıb
Naxçıvan, 22 noyabr, AZƏRTAC
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən boks üzrə yeniyetmə, gənclər və kişilər arasında Naxçıvan Muxtar Respublika birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyasının birgə təşkil etdiyi və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş birincilikdə 100-ə yaxın idmançı mübarizə aparıb.
Beynəlxalq Boks Federasiyasının mövcud qaydalarına uyğun olaraq təşkil edilən yarış olimpiya sistemi üzrə keçirilib.
Birinciliyin yekun nəticəsinə əsasən, Hüseyn Hüseynov, Ümid Abbasov, Ülvi Süleymanov, Ayxan Qubuşov, Nadir Cəfərov, Kamran Allahverdiyev, Yenisey İmanov, İbrahim Cəfərzadə, Yuris Allahverdiyev və Məhəmmədəli Bağırov müvafiq olaraq 35, 40, 45, 50, 53, 57, 60, 64, 69 və 75 kiloqram çəki dərəcələrində rəqiblərinə qalib gələrək birinciliyin qalibi adını qazanıblar.
Qaliblər Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Boks Federasiyası tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub
- 28.03.2024 [08:00]